Yuxarı

Şifrələrinizi tez-tez dəyişməyin...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstifadəçi məlumatlarının təhlükəsizliyinin təmin edilməsi üçün şifrələrin tez-tez dəyişdirilməsi heç də yaxşı fikir deyil.

AzərTac xəbər verir ki, bu barədə informasiyanın mühafizəsinə həsr edilmiş “PasswordsCon” konfransının təsisçisi, ekspert Per Torshaym ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) rəsmi bloqunda məlumat verib. İdarənin əməkdaşları onlayn satışlarda iştirak edənlərə güclü şifrələrdən istifadə etməyi və onları tez-tez dəyişdirməyi məsləhət görüblər.

Per Torshaymın fikrincə isə məlumatların təhlükəsizliyinin təmin olunmasının ən yaxşı üsulu şifrə menecerlərindən istifadədir. Şifrə meneceri istifadəçiyə öz şifrələrini saxlamağa və tənzimləməyə kömək edən aparat və ya proqram təminatıdır. Onun köməyi ilə bütün mühafizə olunmuş veb-saytlar üçün unikal və güclü şifrəyə sahib olmaq mümkündür. Bundan başqa, hesabların təhlükəsizliyinə ikiamilli autentifikasiyadan istifadə də müsbət təsir göstərir.

Qeyd olunan faktlara baxmayaraq, fərdi məlumat bazası hakerlər tərəfindən oğurlandığı halda şifrələrin dəyişdirilməsi vacibdir.

Tarix
2016.12.02 / 23:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla