Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Fevral 2018


Trampın İnvenlə danışığı ABŞ-ı qarışdırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampla Tayvan administrasiyasının rəhbəri Tsay İnven arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, bu barədə Tramp Tvitter səhifəsində yazıb:

“Bu gün Tayvan prezidenti xanım İnven zəng edərək qələbə münasibəti ilə məni təbrik etdi. Təşəkkür edirəm”.

Qeyd edək ki, Trampın Tayvan administrasiyasının rəhbəri ilə telefon danışığı Ağ Evlə razılaşdırılmayıb.

Obama administrasiyasındakı mənbə telefon danışığının rəsmi Vaşinqtonla Pekin arasında münasibətlərə xələl gətirə biləcəyini deyib.

Xatırladaq ki, 1979-cu ildən etibarən ABŞ-ın fəaliyyətdə olan və yaxud yeni seçilən heç bir prezidenti Tayvan rəhbərləri ilə ünsiyyət qurmayıb.

CNN telekanalının xəbərinə görə, rəsmi Pekin hadisə ilə bağlı artıq Ağ Evlə əlaqə saxlayıb, narazılığını bildirib.

Bu hadisədən sonra Tramp Tvitter səhifəsində hazırki iqtidarı tənqid edərək məsələyə belə münasibət bildirib:

“Çox maraqlıdır. ABŞ Tayvana milyardlarla dollar məbləğində hərbi texnika satır. Mən isə telefon zəngini qəbul edə bilmərəm”.

Tarix
2016.12.03 / 12:43
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Tramp: Sanksiyalar işləməsə, ikinci fazaya keçəcəyik

Türkiyədə 3 ardıcıl zəlzələ baş verdi

Köçəryan xalqına atəş açmaq əmrini Moskvadan almışdı

Rusiya 9 yerə parçalanacaq: Putinin missiyası... - Zakayev

Çin öz rekordunu təzələdi: ən uzun körpü - Video

Terrorçuların xain planı: Qocaları bombaya bağlayıb… - Foto

Əgər Rusiya və Çin bunu etsə... – ABŞ hədələdi

Türkiyə yeni hədəfini açıqladı: “Akınçı” və…

Putinin hədəfi: Ukrayna buna görə cəzalandı - Əhməd Zakayev

Tramp: Kimin ağlına gələrdi ki, İran...

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla