Yuxarı

Yunan müxalifəti SOCAR-ı müdafiə etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslahatlar aparmaq niyyətində olmayan Yunanıstan hökumətinin atdığı addımlar investorların ölkədən qaçışına səbəb olur.

APA xəbər verir ki, bu barədə Yunanıstan müxalifətinin lideri Kiriakos Mitsotakis deyib.

Siyasətçi buna misal olaraq DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi prosesini göstərib: "Baş nazir Aleksis Çipras iqtisadi sahədə islahatların aparılmasında maraqlı deyil. Bu səbəbdən investorlar ölkədən qaçır. Sabiq energetika naziri Panos Skurletis SOCAR-la DESFA arasında danışıqların uğursuz nəticələnməsi üçün birbaşa məsuliyyət daşıyır. İnvestorların ölkədən qaçması hakimiyyətin fiaskosudur".

Qeyd edək ki, dekabr ayının 1-də SOCAR, Yunanıstanın Özəlləşdirmə Fondu və "Hellenic Petroleum S.A." şirkəti DESFA-nın özəlləşdirilməsi layihəsinə xitam verilməsi ilə bağlı açıqlama yayıblar. Açıqlamada deyilir: "SOCAR, Yunanıstann Özəlləşdirmə Fondu və "Hellenic Petroleum S.A." DESFA-nın 66%-nin özəlləşdirilməsi müddətini uzatmamağı qərara alıblar. 2013-cü il iyunun 21-də Yunanıstanın Özəlləşdirmə Fondu SOCAR-ı DESFA-nın özəlləşdirilməsi üzrə keçirilən tenderin qalibi elan edib. Son iki ildə SOCAR Yunanıstan və Avropa Birliyi tənzimləyici orqanlarından özəlləşdirmənin təsdiqi, müvafiq tələblərin yerinə yetirilməsi, o cümlədən DESFA-da iştirak etmək üçün potensial alıcıların dəvət olunması istiqamətində işlər aparıb. SOCAR, İtaliyanın "Snam" və satıcılar DESFA-nın maliyyə vəziyyətinə və bazar dəyərinə təsir edən Yunanıstanın qanunvericiliyinə son dəyişikliklər fonunda qarşılıqlı məqbul olan həllin tapılması ilə bağlı son bir neçə ayda intensiv danışıqlar aparıblar. Danışıqlar dostluq şəraitində keçib, Yunanıstan hökuməti və satıcılar hər zaman razılaşmaya münasibətdə dəstəkləyici və əməkdaşlıq mövqeyi tutublar. Lakin tərəflər investorların və satıcıların maraqlarına cavab verən qarşılıqlı məqbul kommersiya mexanizmi üzrə razılığa gələ bilməyiblər. Nəticədə, 2016-cı il noyabrın 30-da razılaşmaya xitam verilib".

SOCAR razılaşmanın dayandırılmasının Yunanıstanda və regionda gələcək investisiyalarına təsir etməyəcəyi qənaətindədir.

Yeri gəlmişkən, artıq DESFA-nın səhmlərinin alınmasına iki şirkət maraq göstərir. Yunanıstan mətbuatı yazır ki, vaxtilə DESFA-nın səhmlərinin alışına maraq göstərən Belçikanın "Fluxys" şirkəti yenidən aktivləşib.

Bununla yanaşı, Rumıniyanın "Transgaz" şirkəti də DESFA-da pay almaqda maraqlıdır.

Bildirilir ki, "Transgaz"ın rəhbərliyi artıq Afinada yüksək səviyyədə danışıqlar aparıblar və DESFA-nın özəlləşdirilməsi ilə bağlı keçirilən tenderdə iştirak etməkdə israrlıdırlar. Yerli mətbuat iddia edir ki, Rumıniya şirkəti DESFA-da pay almaq üçün 400 mln. avro ödəməyə hazırdır.

Mətbuat daha bir maraqlı detala diqqət yetirir. Belə ki, həm "Fluxys", həm də "Transgaz" DESFA ilə Əməkdaşlıq Memorandumu imzalayıb.

Tarix
2016.12.04 / 23:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla