Yuxarı

Ruslar SSRİ-nin dağılmasına görə peşmandır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusların 56%-i SSRİ-nin süqutuna görə peşmandırlar.

Axar.az xəbər verir ki, bu nəticə “Levada Çentr” təşkilatının keçirdiyi sorğudan sonra ortaya çıxıb.

Respondentlərin 51%-nin fikrincə, SSRİ-nin süqutundan qaçmaq üçün istənilən qədər şans var idi. Süqutun qaçılmaz olması fikrini isə 29% rusiyalı dəstəkləyir.

Sorğu iştirakçıları həmçinin “SSRİ-nin dağılmasından niyə peşmansınız”, - sualına da maraqlı cavablar veriblər. İnsanların fikrincə, SSRİ-nin süqutu ilə vahid iqtisadi sistem çökdü, böyük gücə məxsusluq hissi itdi, qarşılıqlı inamsızlıq artdı, “hər yer evindir” hissi yox oldu, qohumlar, dostlar arasında əlaqələr dağıldı. Rusların 29%-i SSRİ-nin süqutuna əsas səbəb kimi Belovej razılaşmasını göstərirlər. Əhalinin 23%-i isə bu işdə xarici qüvvələri günahlandırır.

Ruslar həmçinin keçmiş SSRİ ölkələri ilə bağlı da maraqlı fikirlər səsləndiriblər. Əhalinin 25%-i bir neçə respublikanın birləşməsini istəyib, 21% şəxs isə bütün SSRİ ölkələrinin Avropa Birliyi tipində bir araya gəlməsini arzuladığını söyləyib. 13% rusiyalı bütün ölkələrin müstəqil olmasını və yalnız 12% rusiyalı SSRİ-nin əvvəlki formada bərpa olunmasını arzulayır.

Tarix
2016.12.05 / 13:41
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla