Yuxarı

20 milyon uşağın taleyi təhlükə altında - SOS

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Sağlamlıq Təşkilatı Suriyadakı uşaq iflici epidemiyasının Orta Şərqdə yayılmasının qarşısnı almaq üçün geniş əhatəli bir peyvənd proqramı hazırladığı bir vaxtda, mütəxəssislər də ilk dəfə epidemiyanın Avropaya yayıla biləcəyi haqda xəbərdarlıq edib.

DST, Avropa ölkələrinin xəstəliklə əlaqədar izləmə fəaliyyətlərini artırması və həssas vəziyyətdəki qruplara peyvəndin lazım olduğunu bildirib.

DST-in şərhində, təcili olaraq peyvənd vurulması lazım bilinən uşaqların sayı 20 milyon olaraq açıqlanıb.

Təşkilatın səkkiz aylıq kampaniyası daxilində Suriyadakı uşaqları ilə bərabər Türkiyə, Livan, İraq, İordaniya, İsrail və Fələstindəki uşaqlar da peyvənd ediləcək.

Mühacirlərin xəstəliyi daşıma riski

"Tubingen" universitetindən professor Martin Eiçner və Reutlingen Regional Xalq Sağlamlığı Dairəsindən Stefan Brokman isə tibb jurnalı "The Lancet"də nəşr olunan məqalələrində xəstəliyi daşıyan hər 200 adamdan yalnız birinin əlamətlərinin özünü çox ağır şəkildə göstərdiyini ifadə edərək, Suriyadan gələn peyvənd edilməmiş mühacirlərin, ya da qonşu ölkələrdən gələn turistlərin virusu fərqində olmadan daşıya biləcəyini bildirib.

Mütəxəssislər xüsusilə Avstriya, Ukrayna və Bosniya Hersek kimi peyvənd tətbiqinin zəif olduğu ölkələrin risk altında olduğunu da bildirib. Xəstəlikdən qorunmada ən təsirli üsul peyvəndin tətbiq edilməsidir. Türkiyədə 1963-cü ildən bu yana uşaq iflici peyvəndi tətbiq olunur.

Tarix
2013.11.08 / 12:27
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Nikol: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla