Yuxarı

İranda uşaqlar Netanyahunu öldürür - Xüsusi park

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda uşaqların oyuncaq silahla döyüşdüyü xüsusi park yaradılıb.

Axar.az xəbər verir ki, Məşhəd şəhərində yerləşən bu meydançada azyaşlı uşaqlar hərbi paltarlar geyinir, oyuncaq silahlarla düşmənlə savaşır.

Parka 8 yaşdan yuxarı uşaqların girişinə icazə verilir. Burada onlar sipərlərin arxasından atəş açır, tikanlı məftillərin altı ilə sürünür və rabitə cihazları ilə danışırlar.

Səs və işıqlarla həqiqi müharibə ab-havası yaradılan parkda uşaqlar manqalara ayrılır və 12 mərhələdən ibarət tapşırığı yerinə yetirir. Ayrıca, hər mərhələdə “döyüçülər” İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) barədə məlumat öyrənir.

Parkda “düşmən” hədəf kimi İsrail, ABŞ və Suriya müxalifləri göstərilib. İngiltərənin “San” qəzetinin yaydığı məlumata görə, uşaqlar mərhələlərdən birində İsrailin Baş naziri Binyamin Netanyahuya bənzədilən maketə plastik güllələrlə atəş açma tapşırığını yerinə yetirir.

Tarix
2016.12.10 / 16:10
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla