Azərbaycanda bu maşınlar kəskin ucuzlaşdı
11:52
Ana səhifə Planet |
Fransa qazax bankir Muxtar Ablyazovu Rusiyaya ekstradisiya etməkdən imtina edib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb.
Qeyd edək ki, Ablyazov Qazaxıstanda 6 milyard dollar pulu mənimsəməkdə ittiham edilir. O, 2013-cü ildə Fransaya qaçıb və burada həbs edilib. Ablyazovun həbsindən sonra hüquq müdafiəçiləri onun Rusiya və Qazaxıstana ekstradisiya olunmamasına çağırış ediblər.
Ablyazov Qazaxıstana geri qayıdacağı təqdirdə onu 13 il həbs cəzası gözləyir.
Tarix
2016.12.10 / 17:45
|
Müəllif
Axar.az
|