Yuxarı

Taliblər terakta başlayacaqlarını elan etdilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın birində Amerikanın pilotsuz təyyarəsinin hücumu nəticəsində ölən taliblərin lideri Hakimulla Məsudun yerinə seçilən Molla Fəzlullah bu gün bəyan edib ki, Pakistan hökumətinə qarşı bir sıra yeni hücumlar planlaşdırır.

Qeyd edək ki, Molla Fəzlullah öz sərt islamçı baxışları və sülh danışıqlarının qəti əleyhdarı kimi tanınır.

"Axar.az"ın məlumatına görə, o, çıxışında deyib: "Bizim hədəfimiz təhlükəsizlik xidməti, hökumət obyektləri, siyasi liderlər və polislərdir. Bizim təyin olunmuş planımız var. Ancaq bir şeyi qeyd etmək istəyirəm ki, hədəfimiz içində dinc əhali, ictimai yerlər və yarmarkalar yoxdur".

Döyüşçülər əsasən Əfqanıstanla qonşuluqda olan kənar vilayətlərdə gizlənir.

Xatırladaq ki, Pakistan hökuməti ABŞ pilotsuz təyyarəsinin hücumu və taluiblərin liderinin öldürülməsini pisləmiş və bunu Pakistanın milli suverenliyinə təhdid saymışdı. Həmin gün Pakistan hakimiyyəti Talibanla danışıqlar üçün göndərməyə hazırlaşdığı nümayəndələri də geri çağırmağa məcbur olmuşdu.

Tarix
2013.11.08 / 15:03
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla