Yuxarı

Jurnalist həbs olundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karakasda (ABŞ) dərc olunan "Miami Herald" qəzetinin əməkdaşı Cim Uiss Venesuela hüquq-mühafizə orqanları tərəfindən həbs olunub.

Bu barədə "Miami Herald" qəzeti məlumat yayıb. Xəbərə görə, Uiss Venesuela milli qvardiyasının əsgərləri noyabrın 7-də saxlayıb, daha sonra isə hüquq-mühafizə orqanlarına təhvil veriblər.

Amerikalı jurnalistin saxlanma səbəbi aqqında heç bir məlumat yoxdur. Yalnız o qeyd olunur ki, Cim Uiss son vaxtlar Venesuelanın daxili problemləri, defisit mallar və bələdiyyə seçkilərindəki saxtakarlıqlar haqqında araşdırma aparırmış.

Bu həbslə bağlı narahatlığını dilə gətirən qəzetin icraçı direktoru Aminda Markes Qonsales Venesuela hakimiyyəti ilə jurnalistin dərhal azad olunması üçün danışıqlar apardığını bildirib.

Ağ Ev isə hələ ki, bu həbsə münasibət bildirməyib.

Xatırladaq ki, Venesuela ilə ABŞ arasındakı münasibətlər hələ keçmiş prezident Uqo Çaves dövründən pozulub. Çaves ABŞ əleyhinə çıxışları ilə xüsusilə seçilirdi.

Tarix
2013.11.09 / 08:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla