Mirşahin Ağayev Prezidentə təşəkkür etdi - Foto
17:36
Ana səhifə Planet |
Türkiyə parlamenti hakim AKP-nin konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı təkliflər paketini qəbul edib.
Axar.az Anadolu agentliyinə istinadən xəbər verir ki, keçirilən gizli səsvermədə iştirak edən 480 millət vəkilindən 338-i dəyişikliyin lehinə səs verib.
134 deputat konstitusiyaya dəyişikliyin əleyhinə çıxıb. 2 nəfər bitərəf qalıb, 5 nəfər səs verməyib. 1 millət vəkilinin səsi isə etibarsız sayılıb.
Qeyd edək ki, bununla da Türkiyədə referendumun keçiriləcəyi rəsmiləşib. Ümumxalq səsverməsinin 2017-ci ilin yazında keçiriləcəyi gözlənilir.
Konstitusiyaya əsas dəyişiklik Türkiyənin parlament sistemindən prezident idarəetmə sisteminə keçidini nəzərdə tutur.
Tarix
2017.01.10 / 11:17
|
Müəllif
Hacı Qulu
|