Yuxarı

Oğan: MHP yox olacaq, Türkiyə federasiyaya çevriləcək - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə millətçilərinin demək olar ki, heç biri ölkənin prezident idarəetmə üsuluna keçməsini istəmir.

Axar.az xəbər verir ki, bunu Türkiyənin KRT televiziyasına müsahibəsində əslən Azərbaycan türkü olan türkiyəli eks-deputat Sinan Oğan söyləyib. Oğan bu konstitusiya dəyişikliyinin Milliyətçi Hərəkat Partiyasının yox olmasına şərait yaradacağını bildirib:

“Millətçilər parlamentar sistemi dəstəkləyir. Konstitusiya dəyişikliyi aşkar sistem dəyişikliyidir. Sizə MHP-nin qapısına qıfıl vurma səlahiyyətinə sahib olacaq sistemdən bəhs edirəm. Prezidentlik sistemi ikipartiyalı sistem deməkdir. Prezident sistemi ilə əlaqəli iki sətir, iki məqalə oxuyan hər kəs bilir ki, prezidentlik sisteminin iki şərtindən biri ikipartiyalı sistemdir. Dolayısı yolla MHP sabah bu ikipartiyalı sistem içərisində əriyib gedəcək. Ona görə ki, MHP artıq Türkiyənin dördüncü partiyasıdır. Hökumətin əsas məqsədi HDP ilə (Xalqların Demokratik Partiyası – red.) birgə ölkəyə federal sistemi gətirməkdir. Sabah bir qərarnamə ilə ölkəni federasiyaya çevirməyəcəklərinin qarantı yoxdur. Tezliklə muxtar bölgələrin gündəmə gələcəyi mümkündür. Siz prezidentə demək olar ki, sərhədsiz səlahiyyətlər verirsiniz. Əgər sabah prezident desə ki, bu vilayətləri birləşdirib bir bölgə edək, o zaman ona qarşı dayanacaq mexanizminiz olacaq? Təbii ki, yox”.

Eks-deputat həmçinin konstitusiya dəyişikliyinin ölkədə terrora son qoymayacağını bildirib. Onun fikrincə, əslində hökumət terror adından öz mövqelərini gücləndirmək üçün istifadə edir:

“Doğrudur, Türkiyə terrorla mücadilə edir. PKK terrorunu biz 2002-də iqtidarı təhvil verdiyimizdə yox etməmişdik? Məhv etmişdik. Kim onları yenidən oyandırdı? Həll prosesini (kürd açılımı nəzərdə tutulur – red.) kim gətirdi? Həll prosesində “terrorçulara toxunmayın” əmrini kim vermişdi? AKP verdi. İŞİD-i başımıza kim bəla etdi? “Əsədi devirəcəyik” deyə, Türkiyə terrorçuların karvansarayına çevrildi. Terrorun qarşısını almaq üçün 15 ildə AKP hansı qanunu istəyib əldə edə bildi? FETÖ-nu bu ölkənin başına AKP gətirmədimi? İndi bu partiyaya böyük dəstək verərək, terrorun qarşısını necə alacaqsınız?”

Qeyd edək ki, Sinan Oğan bundan öncə MHP sədrliyinə namizədliyini irəli sürdüyü üçün partiyadan uzaqlaşdırılıb.

Türkiyədə son günlər konstitusiya dəyişikliyi müzakirə edilir. Dəyişikliyə əsasən, ölkə prezident idarəetmə üsuluna keçməli, prezidentin səlahiyyətləri artırılmalıdır. Dəyişikliyi AKP və MHP dəstəkləyir. CHP və HDP isə buna izn verməyəcəklərini deyirlər.

Tarix
2017.01.11 / 12:20
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla