Yuxarı

Rusiyalı tarixçidən erməni terroru ilə bağlı - Petisiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017.01.11; 16:07

Ermənilərin 1977-ci il yanvarın 8-də Moskva metrosunda törətdiyi terror aktı ilə bağlı cinayət işinin məxfilikdən çıxarılmasını tələb edən petisiya hazırlanıb.

Trend-in məlumatına görə, petisiyanı rusiyalı tarixçi Oleq Kuznetsov hazırlayıb.

Xatırladaq ki, 40 il əvvəl - 1977-сi il yanvarın 8-də “Ermənistanın milli birləşmiş partiyası” adlı ekstremist qruplaşmanın üzvləri Stepan Zatikyan, Zaven Baqdasaryan və Akop Stepanyan Moskvanın "İzmaylovo" və "Pervomayskaya" metro stansiyaları arasında vaqonda partlayış törədiblər. Hadisə nəticəsində 7 nəfər ölüb, 37 nəfər isə xəsarət alıb.

Həmin vaxtdan bu cinayət işi ilə bağlı məhkəmə prosesi ictimaiyyətdən gizli saxlanıb. 1979-cu il yanvarın 30-da məhkəmə terrorçu ermənilər barəsində ölüm hökmü çıxarıb və onların hər üçü güllələnib.

***

5 gün ərzində petisiyanı 1550 nəfər imzalayıb.

Axar.az xəbər verir ki, bunu rusiyalı tarixçi Oleq Kuznetsov ermənilərin 1977-ci il yanvarın 8-də Moskva metrosunda törətdiyi terror aktı ilə bağlı cinayət işinin məxfilikdən çıxarılmasını tələb edən petisiya ilə bağlı yaydığı məlumatda bildirib.

Kuznetsov qeyd edib ki, gün ərzində orta hesabla 320 nəfər petisyaya imzasını qoyub: “Bu əladır. Ona görə də mən qərara gəldim ki, kampaniyamızın ideologiya və məramını izah etmək üçün proqram statusu hazırlayım və hər kəs bunu nə üçün etdiyimizi anlasın”.

Petisiyanı dəstəkləyənlər artmaqdadır. Hazırda petisiyanı imzalayanların sayı 1675 nəfərdir.

Petisiyanı buradan imzalamaq olar.

Tarix
2017.01.12 / 00:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla