Axar.az
Yuxarı
29 Aprel 2017


2017-nin əsas qlobal riskləri

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya İqtisadiyyat Forumunun ekspertləri Davosda dünyanı təhdid edən qlobal riskləri müəyyən ediblər.

Axar.az xəbər verir ki, hesabatda risklər 5 kateqoriyaya bölünüb. Bunlar iqtisadi, ekoloji, geosiyasi, sosial və texnolojidir. Ekspertlərin fikrincə, 2017-ci ildə insanlıq üçün əsas təhdid ekoloji və geosiyasi problemlərdir. Ekolji problemlər sırasına ekstremal hava şəraitinin peyda olması, irimiqyaslı təbii fəlakətlər və antropogen ekoloji fəlakətlər riskləri aid edilib. Geosiyasi baxımdan isə dünyanı böyük teraktlar, dövlətlərarası konfliktlər və qeyri-effektiv dövlət idarəçiliyi təhdid edir.

2017-də insanlığı ən çox təhdid edəcək problemlər sırasında texnoloji risklər üçüncü yerdə qərarlaşıb. Bu sıraya şəxsi və ya xidməti məlumatların ələ keçirilməsi, kiberhücumlar da aid olunub. Sosial və iqtisadi risklər sırasına isə irimiqyaslı miqrasiya və qeyri-qanuni ticarət “layiq görülüb”.

Ekspertlərin fikrincə, qlobal risklər sırasına əhalinin yaşlanması, beynəlxalq strukturların (BMT, NATO) rollarının dəyişməsi, iqlim dəyişkənliyi, ətraf mühitin vəziyyətinin pisləşməsi, inkişaf etməkdə olan ölkələrdə orta sinfin və millətçilik əhval-ruhiyyəsinin güclənməsi, cəmiyyətin qütbləşməsinin dərinləşməsi, insanların sayının, xroniki xəstəliklərdən əziyyət çəkənlərin, texnologiyalardan asılılığın, əhalinin coğrafi hərəkətliliyinin, varlılar və kasıblar arasında gəlir fərqinin artması, güc mərkəzlərinin yerdəyişməsi, urbanizasiyanın güclənməsi daxildir.

Tarix
2017.01.11 / 21:21
Müəllif
İlkin Həsənov
Şərhlər
Загрузка...
Digər xəbərlər

Şimali Koreya BMT-dən çıxarılır?

Şimali Koreya yeni ballistik raket sınağı keçirdi

Taliban “Mənsuri əməliyyatı”na başladı

Fransanın yeni lideri: “Polşaya sanksiyalar tətbiq edəcəm”

Dodon Putinlə paradda iştirak edəcək

ABŞ-dan Türkiyəyə qarşı növbəti addım

Təyyarədə ölməmək üçün bu yerdə oturun

Şovinist liderdən Zidana cavab: İşinlə məşğul ol

Rusiyada 65 yaşlı imam həbs edildi - Səbəb

Suriyadan İsrailə: Dayandıra bilməyəcəksiniz

KULT
<>
SORĞU
Dağlıq Qarabağ probleminin həlli yolunu necə görürsünüz?
  
  
  
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla