Yuxarı

Kommersant: Türkiyə və Rusiya arasında yeni bir ittifaq quruldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

23 yanvarda Qazaxıstanın paytaxtı Astanada Rusiya-Türkiyə-İran arasında keçiriləcək Suriya böhranı ilə bağlı görüş üçün son hazırlıqlar görülür. Rusiya, Türkiyə və İranın Suriyanın gələcəyinin müəyyən olunmasında lider rolunu oynamasından sonra Ankara ilə Moskva arasında yeni bir ittifaq qurulub.

Axar.az xəbər verir ki, "Kommersant" qəzetinin məlumatında Ankara və Moskvanın ilk dəfə birgə əməliyyat keçirdiyi bildirilib.

"Kommersant" qəzetinin məlumatında qeyd edilir: "Moskva üçün Ankara ilə qurulan ittifaq kritik bir əhəmiyyət daşıyır və bəzi hədəfləri reallaşdırmaqda yardım edir - Qərbin Suriya böhranında rolunun qarşısını almaq və Astanada Suriya Prezidenti Bəşər Əsədin müddətsiz olaraq hakimiyyətdə qalması barədə zəmanət əldə etməyə çalışan İranın rolunu məhdudlaşdırmaq.

Əsədin Ankaranın vasitəçilik rolunu tanımadığı, Tehranın Türkiyənin Suriyadakı hərbi varlığını və Ərdoğanın İran tərəfdarı olan silahlı qrupları ölkədən çıxarmaq cəhdlərini qəbul etmədiyi bir dövrdə Rusiya ilə Türkiyə arasında siyasi yaxınlaşma kritik bir əhəmiyyət kəsb edir.

Türkiyə və Rusiya tarixləri boyunca 12 dəfə bir-biri ilə müharibə aparıblar, ancaq Əl Bab əməliyyatında Rusiya Hava-Kosmik Qüvvələrinin türk ordusuna dəstək verməsi tarixdə ilk dəfə belə bir hal yaşanmasına töhfə verdi".

Tarix
2017.01.11 / 23:56
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla