Yuxarı

İrandan ABŞ-a xəbərdarlıq: Nüvə razılaşması

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Planı bir kənara qoymaq üçün qərar qəbul edərsə, baş verənlərlə görə məsuliyyəti özü daşımalıdır. Əgər ABŞ-ın yeni hökuməti Hərtərəfli Birgə Fəaliyyət Planını (HBFP) icra etməzsə, İran tez bir zamanda nüvə fəaliyyətlərini əvvəlki formada davam etdirəcək.

APA-nın məlumatına görə, bunu bu gün İranın xarici işlər nazirinin beynəlxalq və hüquq məsələləri üzrə müavini Abbas Aralçı keçirdiyi mətbuat konfransında deyib.

A.Arakçı deyib ki, ABŞ-ın yeni hökumətiylə HBFP ilə bağlı heç bir müzakirə aparılmayacaq: “HBFP İranla 6 ölkə və Avropa Birliyi ilə imzalanmış çoxtərəfli razılaşmadır. ABŞ prezidenti Planı bir kənara qoymaq üçün qərar qəbul edərsə, bu onun öz işidir və bundan sonra baş verənlərlə görə də məsuliyyəti özü daşımalıdır. HBFP ilə bağlı heç bir yeni müzakirə aparılmayacaq. Əgər Onlar bu planı cıraracaqlarsa, İran bu planı yandıracaq. Əmin olun, HBFP təzyiqlərlə birgə icra olunmayacaq. Bu Planın icrasına dair öhdəlik xoş niyyətlik atmosferində baş tutacaq, təzyiqlərlə deyil. Təzyiqlər və sanksiyalar olarsa, bu öhdəliyin icra olunmaması anlamında olacaq”.

A.Arakçı deyib ki, İranın ABŞ ilə nüvə müzakirələri başa çatıb və danışıqlar bundan sonra HBFP-nin icrasi ilə bağlı bəzi texniki məsələlərə dair olacaq. “İranın nüvə fəaliyyətləri tamamilə qanunidir və davam edir. Bu gün uranın zənginləşdirilməsi və uranın zənginləşdirilməsi sahəsində araşdırma prosesi qabaqcıl texnologiya ilə davam etdirilir. Uranın zənginləşdirilməsi üçün yeni sentrifuqalar hazırda test olunur və MAQATE ilə əldə olunan proqrama əsasən 15 il ərzində İran sənaye zənginləşdirilməsi mərhələsinə çatacaq”.

A.Arakçının sözlərinə görə, Ərak nüvə reaktoru hazırda modernləşdirilir. “Ərak reaktoru modernləşdirlir və daha inkişaf etmiş reaktor quraşdırılacaq. İranın nüvə proqramı dəqiq hesablanmış cədvəl üzrə inkişaf etdirilir”.

İranın xarici işlər nazirinin müavini deyib ki, HBFP-nin icrasından sonra ötən bir il ərzində İran beynəlxalq sülh və təhlükəsizlik üçün təhlükə kimi deyil, bəlkə yeni bir simada tanınıb. “ABŞ və İranın düşmənləri İranın sülhyönümlü nüvə proqramından sui-istifadə edərək ölkəmizi beynəlxalq aləm üçün təhlükə kimi göstərirdilər. Deyirdilər ki, İran nüvə silahı əldə etmək istəyir və səs-küy salırdılar. Lakin HBFP-dən sonra bu səs-küy yatdı”.

Tarix
2017.01.15 / 15:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla