Yuxarı

Saakaşvili tərəfdarlarını təcili Kiyevə topladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vahid Milli Hərəkat Partiyasının liderləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ilə görüşüblər.

Axar.az xəbər verir ki, görüş Kiyevdə baş tutub. Görüşdə Vahid Milli Hərəkat Partiyasının liderləri sayılan Roman Qoçiridze, Nika Meliya, David Kirkitadze, Levan Varşalomidze, Salome Samadaşvili, Azər Süleymanov və Nikolos Rurua iştirak edib. Tərəflər görüş zamanı partiyanın yanvarın 20-də keçiriləcək qurultayını və gələcək üçün planlarını müzakirə ediblər.

Qeyd edək ki, son günlər Saakaşvilinin partiyasını tərk edən siyasi liderlərin sayı artıb. Partiyadan gedənlər bu addımı qurumun rəhbərliyində yalnız Saakaşvilinin qalmasını istəmədikləri üçün atdıqlarını bildiriblər. Partiyanı tərk edənlər sırasında Giqa Bokeriya və David Bakradze kimi məşhur şəxslər də var. Saakaşvili bu prosesi milyarder Bidzina İvanişvilinin oyunu adlandırıb.

Partiyanı tərk edənlər Avropa Gürcüstanı Partiyası yaradıblar. Bu partiya indiyə qədər yalnız kağız üzərində mövcud olub.

Tarix
2017.01.16 / 12:25
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla