Yuxarı

Qəzaya uğrayan təyyarəni general idarə edirmiş - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə Qırğızıstanın paytaxtı Bişkekdə “Manas” aeroportu yaxınlığında uçuş-enmə zolağına çatmayaraq yaşayış evlərinin üzərinə düşən “Boeing 747-400” yük təyyarəsinin komandiri Türkiyə Hərbi Hava Qüvvələrinin istefada olan generalı Kazım Öndül idarə edirmiş.

Virtualaz.org xəbər verir ki, general Kazım Öndül hərb karyerası olduqca uğurlu olan pilot olub. O, polkovnik rütbəsində Əfqanıstanda xidmət edib. ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonu Əfqanıstanın Baqram aviabazasında qarşılayıb, Hillari Klinton sonradan onun barəsində “olduqca peşəkar türk hərbçisi, pilotu” ifadələrini işlədib. Keçirdiyi mətbuat konfransında ona təşəkkür edib.

Habelə Kazım Öndül Türkiyə silahlı qüvvələri Baş qərargahının rəisi olmuş İlkər Başbuğ tərəfindən Akıncı aviabazasında 2008-ci ildə mükafatlandırılıb. Təyyarənin digər pilotu, istefada olan mayor Gürcan Diranci da hərbi hava qüvvələrinin mənsubu olub, Əfqanıstana uçuşlar həyata keçirib.

Tarix
2017.01.16 / 13:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla