Yuxarı

Ölkənizdəki sabitliyi qoruyun, çünki… – Kəbə imamı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümrə ziyarətinin 8-ci günündə İşa namazından sonra Kəbə imamı, doktor Xalid Əl Qamidinin zəvvarlarla görüşü keçrilib.

Avropa.info xəbər verir ki, toplantıda 10-dan çox Afrika ölkəsi, o cümlədən Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Pakistan və başqa ölkələrdən gedən nümayəndələr iştirak edib.

Ümrə ziyarətini təşkil edən və bir çox müsəlman ölkələrindən öz hesabına zəvvarlar dəvət edən Səudiyyə Ərəbistanı hökuməti Kəbə imamı ilə görüşü təşkil edib.

Kəbə imamı doktor Xalid Əl Qamidi çıxışına öncə Qurani Kərim oxumaqla başlayıb. Daha sonra zəvvarları salamlayan Kəbə imamı Əl Qamidi İslam coğrafiyasından müsəlmanları Ümrə ziyarətinə dəvət etdiyi üçün Səudiyyə Ərəbistanı kralı Salman bin Abduləziz əl Səuda təşəkkür edib. Çıxışı zamanı mühüm mesajlar verən Kəbə imamı İslam coğrafiyasında baş verən qarşıdurma və savaşların üzüntüyə səbəb olduğunu deyib:

“Təəssüf ki, İslam coğrafiyasını amansız savaşlar bürüyüb. Yaşlı insanlar, qadınlar, uşaqlar qətlə yetrilir. Bu üzüntüyə səbəb olacaq bir durumdur. Mən sizə, bütün müsəlmanlara müraciət edirəm. Diqqət edin, ölkələrinizdəki sabitliyi qoruyun. Çünki sabitlik olmayınca, müsəlmanların qanı haqsız yerə axıdılır”.

Tarix
2017.01.16 / 15:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla