Yuxarı

“Reina” qatili belə ələ keçirildi – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni il gecəsi 39 nəfərin həlak olduğu “Reina” qətliamını törədən “Əbu Məhəmməd Əl Xorasani” kod adlı terrorçu dünən gecə İstanbulda yaxalanıb.

Axar.az xəbər verir ki, kəşfiyyat məlumatları əsasında terrorçunun Esenyurd rayonunda yaşadığı ünvanda əməliyyat keçirilib.

Ünvana basqından öncə terrorçunun gizləndiyi məkan 24 saat kənardan izlənilib.

Xorasanidən başqa Qırğızıstan əsilli başqa bir terrorçu, Seneqaldan olan 27 yaşlı Dina A., Somalidən olan 27 yaşlı Ayşə M. və Misirdən olan 26 yaşlı Tene Trare adlı 3 qadın da yaxalanıb.

Əməliyyatla bağlı digər bir maraqlı məqam isə terrorçuların izinə düşmək üçün polisin xeyli səy göstərməsi olub.

Yaradılan xüsusi qrup hücumdan sonra 16 gün boyunca terrorçunun İstanbula gəldiyi gündən etibarən təxminən 100 min saat təhlükəsizlik kamerası görüntülərini araşdırıb.

Bu araşdırmadan sonra İŞİD-in İstanbulda xeyli tərəfdarının olduğu üzə çıxıb.

Tarix
2017.01.17 / 09:50
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla