Yuxarı

Türkiyə hədəfə çevrilib - Həsən Cəlal

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin təkcə xaricini deyil, daxilini də parçalamaq istəyənlər var.

Axar.az xəbər verir ki, bunu İran mətbuatına müsahibəsində məşhur türkiyəli siyasətçi Həsən Cəlal Gözəl söyləyib.

O, Türkiyənin türk və islam dünyasının lideri olduğunu bildirib:

“Türkiyənin xarici olan Suriyanı bölmək istəyirlər. İraqı onsuz da bölüblər. Bir tərəfdən isə Türkiyənin cənub-şərqində spekulyasiyalar edirlər. Əllərindən gəlsə, bu lazdır, çərkəzdir, gürcüdür deyə ayıracaqlar. Bu gün PKK-nın mövqeyini tutan kürdlər belə Türkiyədən ayrılıb, müstəqil dövlət yaratmaq istəmirlər. Türkiyə son 15 ildə çox dəyişib. Əvvəllər NATO-nun kölgəsi kimi davranırdıq. Avropa Birliyi və Qərbin kölgəsi yerinə artıq müstəqil siyasət yeridən ölkəyə çevrilmişik. Qərbin gözündə artıq təhlükəli dövlət olmağa başlamışıq. Qərb xaçpərəst zehniyyətini hələ də dəyişdirməyib. İstəkləri də bu şərait içərisində Türkiyəni bölməkdir. Beləliklə, 800 min kvadrat kilometrlik, 80 milyonluq ölkə yerinə gücü azalmış Türkiyə ortaya çıxmalıdır. Türkiyə deyəndə ağla ilk bu ərazi və əhali gəlmir. Xatırlanan ilk şey 300 milyonluq türk dünyası və 1,8 milyardlıq islam dünyasıdır. Kimin nə deməyindən asılı olmayaraq, Türkiyə bunların lideridir. Təsəvvür edin ki, bütün bu dövlətlər toplaşıb, islam başsızdır deyə xəlifə seçirlər. Bunu Səudiyyə Ərəbistanı və Malaziyadan seçməyəcəklər. Türkiyə təbii ki, lider ölkədir. Türk dünyası da getdikcə Türkiyə ilə ittifaqa girir. Azərbaycan və Qazaxıstanla tam olaraq qardaşlıq münasibətimiz var. Özbəkistanla problemimiz var, amma onlardan da türk dünyasına inteqrasiya edilmələrini gözləyirəm. Türkiyə türk dünyası və islam dünyası deməkdir. Bunu bildikləri üçün bütün güclər Türkiyənin üzərinə gedir”.

Tarix
2017.01.17 / 17:32
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla