Yuxarı

“Reina” qatilinin tutulanda ilk sözü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni il gecəsi İstanbulda 39 nəfəri öldürən Əbdülqədir Maşaripov adlı İŞİD üzvü ilə bağlı yeni detallar ortaya çıxıb.

Axar.az xəbər verir ki, terrorçu hadisəni törətdikdən sonra 3 özbəyin Hatay vilayətində yaxalandığını eşidib, nə edəcəyini bilməyib.

Daha sonra Konyadakı təşkilat üzvləri ilə əlaqə saxlamağa çalışıb. Qısa müddət sonra İstanbulun Əsənyurd rayonundakı İŞİD-çilər özləri onu axtarıb tapıb.

Qatilin gizləndiyi evə təşkil edilən əməliyyat zamanı Maşaripov çarpayının altında gizlənibmiş. Polisdəki mənbələrdən verilən məlumata görə, tutulan zaman olduqca həyəcanlı olan terrorçu polisə yalvarıb, öldürülməməyini xahiş edib.

Əbdülqədir Maşaripov ilk ifadəsində hadisəni necə törətdiyini, məkanı necə seçdiyini, hücum zamanı və sonra gördüyü işlər barədə detallı məlumat verib.

Qeyd edək ki, Maşaripov oğlunu bir müddət öncə başqa bir İŞİD üzvünün yanına göndərib. Həyat yoldaşı və qızı ötən həftə İstanbulun Pendik rayonunda saxlanılıb.

Tarix
2017.01.18 / 11:15
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla