Yuxarı

"Hayan" Filippində 10 min insan öldürdü - FOTOLAR

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Filippinin mərkəzi hissəsində "Hayan" tayfunu nəticəsində ölənlərin sayı 10 min nəfərə çatıb.
"Axar.az"ın xəbərinə görə, bu barədə yerli hakimiyyət xəbər yayıb.
Filippin prezidenti Beniqno Apino isə ümumiyyətlə superqasırğa nəticəsində ölən və yaralananlar, həmçinin dəymiş ziyan barədə təxmini olsa belə ümumi rəqəm müəyyənləşdirməyin mümkün olmadığını söyləyib.
Filippinin Daxili İşlər naziri Mar Roxas deyib ki, heç bir infrastruktur işləmir, işıq, su, qaz hər şey sıradan çıxıb. Hətta KİV-də dərc oluna bilmir.

Prezident administrasiyasının rəhbəri Taklobana Teksona Lima 10 min insan tələfatı ilə bağlı xəbərin yalnız bir şəhərə aid olduğunu, əslində isə qasırğanın daha çox tələfata səbəb olduğunu söyləyib.

Yerli polis nümayəndəsinin sözlərinə görə, söhbət ilkin hesablamalardan gedir.
Beynəlxalq təşkilatların əməkdaşlarının məlumatına görə, fəlakət zonasında dağıntıların miqyası Hind okeanında 2004-cü ildə baş vermiş sunaminin fəsadları ilə müqayisə edilir.
Təbii fəlakətin əsas zərbəsi Leyte əyalətinə və Samar adasının şərq sahilinə dəyib.
Tayfun çoxsaylı daşqınlara və yer sürüşmələrinə səbəb olaraq, 220 min əhalisi olan sahilyanı Takloban şəhərini, demək olar ki, yernən yeksan edib. Şəhərdəki binaların əksəriyyəti ciddi zərər çəkib və ya tamamilə uçub.
"Hayan" tayfunu bu il Sakit okeanda yaranmış sayca 30-cu tropik siklondur. Qasırğanın mərkəzində küləyin sürəti saatda 275-310 km təşkil edib.
"Hayan" tayfununun yaxınlaşması ilə bağlı Filippində 1 mln. insan təxliyə edilmişdi, 14 milyon insana isə evakuasiya ediləcəkləri barədə xəbərdarlıq edilmişdi.
Hazırda "Hayan" tayfunu şimal-qərb istiqamətində hərəkət edir. Filippindən sonra Vyetnamın və Laosun da tayfunun zərbəsinə tuş gələcəyi proqnozlaşdırılır.
Tarix
2013.11.10 / 10:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla