Yuxarı

Qüdslə bağlı sözümün üstündə dururam - Tramp

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ABŞ səfirliyinin Qüdsə köçürülməsi barədə dediyi sözləri unutmadığını açıqlayıb.

Axar.az xəbər verir ki, Tramp vədinə əməl edəcəyini deyib:

“Təbii ki, Qüdslə bağlı verdiyim vədi çox yaxşı xatırlayıram. Mən verdiyim sözü tutan bir şəxsəm. İsrail ilə əməkdaşlığı səbirsizliklə gözləyirəm”.

ABŞ rəhbərliyinin 1995-ci ildə qəbul etdiyi Qüds səfirliyi qanunu İsrail paytaxtı Tel-Əvivdə yerləşən səfirliyi Qüdsə köçürülməsini nəzərdə tutur. Ancaq sözügedən qanun layihəsi 21 ildir ki, Bill Klinton, Corc Uoker Buş və Barak Obamanın prezidentliyi dövründə hər 6 aydan bir milli təhlükəsizlik səbəbindən təxirə salınıb.

Ümumiyyətlə, respublikaçılar uzun müddətdir ABŞ-ın Tel-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsini tələb edir. Ancaq heç bir ABŞ hökuməti İsrail paytaxtının Qüds olması barədə addım atmayıb.

Müsəlmanlar, yəhudilər və xristianlar üçün müqəddəs sayılan bu şəhər Fələstinin paytaxtıdır. Lakin Qüdsdə yaşayan yəhudilərin sayı çox olduğundan şəhər Şərqi və Qərbi Qüds olmaqla iki yerə parçalanıb.

Şərqi Qüds 1967-ci ildən İsrail işğalı altındadır.

Tarix
2017.01.20 / 09:00
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla