Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin!
00:46
Ana səhifə Planet |
Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi (QADİB) Qambiyada hərbi əməliyyatları dayandırıb.
Axar.az xəbər verir ki, əməliyyatlar prezidentlik müddəti başa çatan Yəhya Cammeyə bu gün günorta saatlarına qədər hakimiyyəti yeni dövlət başçısına təhvil vermək şansı yaratmaq üçün dayandırılıb.
Qeyd edək ki, bundan əvvəl Seneqal ordusunu Qambiyaya yeridib, hərbi obyektlərinə zərbələr endirib. Nigeriya da öz ordusunu Qambiyaya göndərdiyini bəyan edib.
Xatırladaq ki, yanvarın 18-də Qambiya Milli Assambleyası seçkilərdə məğlub olmuş prezident Yəyya Cammenin səlahiyyətlərinin müddətini uzadıb. Yəyya Camme yanvarın 19-da hakimiyyəti yeni seçilmiş prezident Adam Barrouya təhvil verməli idi.
Tarix
2017.01.20 / 10:04
|
Müəllif
Hacı Qulu
|