Yuxarı

Afina və Dəməşq ASALA-ya dəstək verirmiş – MKİ sənədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) ictimaiyyətə açdığı sənədlərdə Suriya və Yunanıstanın terror təşkilatlarına ciddi dəstək verdiyi yer alıb.

Axar.az xəbər verir ki, 1 iyul 1987-ci ildə MKİ direktorunun müavini Robert Qeytsə təqdim olunan “Terrorla mübarizə: xəbərdarlıq və təxmin” başlıqlı hesabatda Suriya və Yunanıstanın başda PKK və ASALA olmaqla bir neçə terror təşkilatına yardım etdiyi bildirilib.

Yunanıstan

MKİ o dövrdə Yunanıstanın baş naziri olmuş Andreas Papandreu və lideri olduğu Ümumyunan Sosialist Hərəkatı (PASOK) hökumətinin erməni terror təşkilatı ASALA-ya dəstək verdiyini müəyyən edib. Bu dəstək o qədər ciddi olub ki, təşkilat paytaxt Afinada gizli ofis belə açıb:

“Xarici terror təşkilatları Yunanıstanda fəaliyyətini gücləndirib. Bu qruplar arasında Hizbullah, Əbu Nidal Təşkilatı (ANO) və ASALA da var. Yunan hökuməti bu qrupların fəaliyyətinin qarşısını almaq üçün heç bir tədbir görməyib və hökumətdə bu qruplaşmalara “yaşıl işıq” yandırılıb. ASALA-nin Afinada gizli ofisi var”.

Suriya

MKİ sənədlərində Suriyanı təkbaşına idarə edən Hafiz Əsədin radikal dini qruplaşmalara dəstək verdiyini, Dəməşq rəhbərliyinin bu qruplaşmalardan Yaxın Şərqdə istifadə edəcəyi yazılıb:

“Dəməşq PKK ilə əlaqələrini genişləndirir və yaxın zamanda İran körfəzində terror hücumları reallaşdıran iki təşkilata (PKK və Əbu Nidal Təşkilatı) sığınacaq verməyi təklif edib. Suriyanın bu addımları taktiki əhəmiyyət daşıyır və müvəqqətidir. Dəməşq bu qruplaşmalardan əsasən, Yaxın Şərq ərazisində istifadə edəcək”.

Tarix
2017.01.24 / 16:04
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla