Yuxarı

İŞİD Türkiyə ilə müharibəyə başlayıb - Yeni hücumlar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD yaraqlıları Türkiyədə gənclər arasında ideoloji radikalizmi gücləndirib. Bu isə təhlükəsizlik mütəxəssislərinin fikrincə, İŞİD-in Türkiyəyə hücumlarını artıra bilər.

Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Doyçe Vele” qəzetində dərc olunan analizdə bildirilir.

Ankaradakı İqtisadi Siyasət Araşdırmaları Mərkəzinin ekstremist qruplar üzrə mütəxəssisi Hilmi Dəmir qəzetə müsahibəsində yeni hücumları istisna etməyib:

“Belə hücumlar istər-istəməz, gənclərə çox böyük təsir göstərir. Bu da ayrı-ayrı şəxslərin, hətta İŞİD-lə əlaqəsi olmayanların törətdiyi hücumların artması ilə nəticələnə bilər. Radikal şəxslərin bu hücumları törətməsi üçün potensial hər gün artır”.

Yazıda İŞİD-in son 18 ayda Türkiyədə törətdiyi qırğınlar araşdırılıb. İŞİD-in Türkiyəni necə silkələdiyi, İstanbuldakı Sultanəhməd məscidi, Atatürk Hava Limanı, “Reina” gecə klublarına hücumlar xatırladılıb. Bu hadisələrin heç biri 1-2 nəfərin ölümüylə ötüşməyib, ölən və yaralananların sayı yüzlərlədir.

Britaniyadakı “Verisk Maplekroft” konsaltinq şirkətinin Yaxın Şərq və Şimali Afrika bölməsinin direktoru Antoni Skinner qəzetə açıqlamasında Türkiyənin İŞİD-lə faktiki müharibə vəziyyətində olduğunu bildirib:

“Məncə, İŞİD-in Türkiyəyə hücumlara motivasiyası güclənib. Burada Türkiyənin Suriyaya müdaxiləsi də az rol oynamayıb. Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsi qonşu ölkələrin təhlükəsizliyinə mənfi təsir göstərib. Amma Türkiyənin Suriyada İŞİD-ə qarşı əməliyyatları, İŞİD mövqelərini bombalaması durumu xeyli dəyişib”.

Vaşinqtondakı Atlantik Şurada Türkiyə və regionun təhlükəsizliyini araşdırmaqla məşğul olan Aaron Steyn də yaxın gələcəkdə Türkiyənin yeni həmlələrlə üzləşəcəyini gözləyir. Onun fikrincə, hökumət bu hücumları önləməkdə çətinlik çəkəcək:

“Təkcə İstanbulda azı 50 hədəf var. Polis eyni anda hər yerdə ola bilməz. Digər tərəfdən, Türkiyə mətbuatı nə yazır yazsın, partlayıcı vasitələri hazırlamaq çox asandır, materialları əldə etmək rahatdır, qara bazarda asanlıqla silah almaq da eynilə. Bir sözlə, Türkiyədə terror aktı törətməkdən ötrü bütün vasitələri rahatca əldə etmək mümkündür.

Doğrudur, rəsmilər terrorla ciddi mübarizə aparıldığını, terrorun ölkəyə əsas təhlükə olduğunu bildiklərini və bütün orqanları bu yöndə səfərbər etdiklərini deyirlər. Ancaq Türkiyənin eyni zamanda PKK, eləcə də digər daxili və xarici yaraqlılarla mübarizəsi İŞİD-lə savaşa əngəl yaradır”.

Tarix
2017.01.30 / 12:27
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla