Yuxarı

“Reina” qatilinin arvadını danışdıran ilginc - Səbəb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul polisinin uğurlu əməliyyatı nəticəsində yaxalanan “Reina” terrorçusu Əbdülqadir Maşaripovun istintaqında çox önəmli detallar üzə çıxır.

Musavat.com xəbər verir ki, İŞİD üzvünün sağ olaraq ələ keçirilməsi bir çox əlaqələrin aşkarlanmasına səbəb olub. Terror aktının baş verdiyi gecə hədəfin bir yox, üç yer olduğu aydınlaşılıb. “Reina” gecə klubu üç hədəf arasında xüsusilə seçilib. Həmin üç hədəfdən biri də qəzet redaksiyası imiş. “Reina” qatili istintaq zamanı “Öncə Şişlidə peyğəmbərə həqarət edən qəzet var” dedilər, sonra mesaj yazdılar ki, “indi orda kimsə olmaz. “Reina”ya get””.

Araşdırma zamanı bu qəzetin “Cümhuriyyət” qəzeti olduğu bəlli olub. “Reina” hücumçusunun 31 dekabr günündə 3 ayrı ünvanda araşdırma apardığı da istintaq zamanı müəyyənləşib. Maşaripov istintaqa ifadəsində deyib: “Ayın 31-də Taksimə getdim, kəşfiyyat aparandan sonra Suriyadakılara xəbər verib dedim ki, bura aksiya üçün uyğun deyil”. Daha bir detal isə terrorçunun İŞİD rəhbərliyi ilə telegram vasitəsilə xəbərləşməsidir. “Reina”dakı qətliam əmri də ona yenə teleqram vasitəsilə gəlib. İstintaq hesab edir ki, əgər “Reina”nın içində rəqs edib əylənənlərə dair videokadrlar canlı görüntülərdirsə, qatilə içəridən dəstək verənlərin də olduğu aydınlaşır. Amma hələlik bununla bağlı ortada heç bir fakt yoxdur. İstintaq zamanı çox peşəkar görüntü verən Maşaripov daha qorxunc bir açıqlama da verib: “İmkan verilsə, eyni şeyi yenə də edərəm”.

Terrorçu qətliam törətdikdən sonra bir qadınla həyat yoldaşının yanına gedib və 4.5 yaşındakı oğlunu ondan alıb. Onun məqsədi uşağıyla birlikdə dəniz yolu ilə Çanaqqalaya, ordan da İzmir üzərindən Hataya getmək, ordan da Suriyaya keçmək olub. Terrorçu daha öncə bir qaçış planı hazırlasa da, İŞİD oğlunu qaytarmadığı üçün qaça bilməyib.

Bu olayda ən ilginc detal isə onun “imam nikahına girdim” dediyi qadınla bağlıdır. Bu, ilk gündən bəri yanında olan misirli sevgilisi Tene Traredir. Terroristin həyat yoldaşı isə ərinin misirli sevgilisi və oğlu ilə birlikdə Suriyaya qaçıb, onu kələk gələcəyini anladığı zaman danışmağa başlayıb. Türkiyə mətbuatı bu faktı belə təsbit edib: “Terrorçu da olsan, qadınların hissləri ilə oynamayacaqsan”.

Tarix
2017.01.30 / 12:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla