Yuxarı

Sərkisyana sərt cavab: “Ana çaya qarışan zəhərli...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Unutmamalıyıq ki, nə vaxtsa ana çaya qarışan zərərli tullantılar onu tam yararsız hala sala və bütün yatağı hürküdə bilər. Və ola bilsin ki, bunadək ondan ayrılan və hələ də torpaq qoxusu verən qollar məhv olanadək, heç olmasa, bir-iki kəndə həyat verə bilər.

Axar.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Ovik Abramyan özünün Feysbuk səhifəsində Prezident Serj Sərkisyanın siyasi xadimlərin hakim partiyadan ayrılması ilə bağlı bəyanatına cavab olaraq yazıb.

Sərkisyan hakim Respublikaçılar Partiyasının toplantısında deyib ki, böyük çaylar bütün həyatı boyu inkişafı təmin edir, həyat, çörək və su verir. Ondan ayrılan qollar isə bir daha geri dönmür, quruyaraq yoxa çıxır.

Hakim Respublikaçılar Partiyasının sözçüsü Eduard Şarmazanov Azadlıq radiosunun Ermənistan xidmətinə müsahibəsində deyib ki, Sərkisyan hakim partiyadan ayrılanlara demək istəyir ki, sonları olmaycaq.

“Bu xəbərdarlıq yox, reallıqdır. Siyasi əsas və motiv göstərmədən və siyasi proqramı olmadan başqa yolla gedənlərin gələcəyini görmürəm”, - Şarmazanov deyib.

Şarmazanov hesab edir ki, partiya qarşıdan gələn seçkilərə prezidentin rəhbərliyi ətrafında daha sıx şəkildə gedəcəyindən daha da möhkəmlənəcək. Siyasi müşahidəçilərsə Abramyanın hakim partiyadan gedişini Sərkisyana ciddi zərbə sayırlar.

Bu arada Sərkisayanın Aprel döyüşlərindən sonra hökumətdə yenilik etməsi nəticəsində işsiz qalan keçmiş müdafiə naziri Seyran Ohanyan da Sərkisyana qarşı müxalifətə keçib, Şarmazanov Prezident Sərkisyanın Qaqik Sarukyanın yenidən siyasətə dönməsi barədə dediklərinə də toxunub. O deyib ki, prezidentin bəyantı göstərir ki, onlar Sarukyanın siyasətə dönməsini alqışlamır və onu siyasi səhnədə görmürlər.

“Bu həm də Sarukyanın prezident və hakim partiyanın planı ilə yenidən siyasətə dönməsi barədə deyilənlərin doğru olmadığını göstərir”, - Şamrazyan vurğulayıb.

Qeyd edək ki, keçmiş baş nazir və hakim Respublikaçılar Partiyasının sədr müavini Ovik Abramyan yanvarın 24-də hakim partiyanın sədr müavinliyindən istefa verib. Aprelin 2-də Ermənistanda növbəti parlament seçkisi keçiriləcək.

Seçki ərəfəsində ölkədə müxalifət partiyalarının fəallaşdığı müşahidə olunur.

Keçmiş müdafiə naziri Seyran Ohanyanla keçmiş xarici işlər naziri Vardan Oskanyan artıq seçkiyə bir neçə siyasi partiya ilə blok şəklində getmək qərarına gəliblər.

Həmçinin digər müxalifət partiyaları seçkiyə ayrıca blok şəklində gedəcəklərini bəyan ediblər.

Tarix
2017.01.30 / 19:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla