Yuxarı

Niyə Türkiyə Trampın qərarına sərt reaksiya vermir? - Səbəb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Trampın qərarına dünya ölkələri sərt reaksiya göstərəcək.

Bu sözləri ABŞ prezidenti Donald Trampın miqrantlar barədə qərarını şərh edən İstanbuldakı Kültür Universiteti beynəlxalq əlaqələr kafedrasının professoru Mənsur Akgün deyib.

M. Akgün bildirib ki, prezident Tramp bu qərarı ilə təkcə miqrantları yox, 7 ölkənin bütün vətəndaşlarının ABŞ-a girməsini məhdudlaşdırmaq istəyir: “ABŞ-dakı hüquq müdafiəçiləri və bəzi ölkələr qərara sərt reaksiya göstərsələr də, hələ ki dünya ölkələrinin o qərara geniş miqyasda reaksiya verdiyini görmürük. Məncə, yaxın günlərdə prezident Trampın məlum qərarına bir çox ölkədən ciddi şəkildə reaksiyalar göstəriləcək”.

APA-nın “Prezident Trampın qərarına indiyə qədər Türkiyədən yalnız CHP lideri Kamal Kılıçdaroğlunun reaksiya göstərdiyini gördük. Bunun səbəbi nədir?” - sualını isə professor belə cavablandırıb: “Türkiyənin rəsmi şəkildə sərt reaksiya göstərməməsinin arxasında ikitərəfli münasibətlərdə yaşanan sıxıntılar dayanır. İqtidar ilk növbədə ikitərəfli münasibətlərdə yaşanan problemləri həll etməyə çalışdığına görə prezident Trampın miqrantlar haqda qərarına açıq şəkildə reaksiya verməyi məqsədəuyğun saymır. İndiki vəziyyətdə iki müttəfiq ölkə arasındakı problemlərin həll edilməsi iqtidar üçün əsas şərtdir”.

Tarix
2017.01.30 / 22:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla