Yuxarı

Bəşər Əsəd ölüm ayağındadır - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 10 gündür Suriya prezidenti Bəşər Əsədin xəstə olması, beyninə qan sızması, iflic olması və ya cangüdəni tərəfindən güllələnməsi barədə söz-söhbətlər səngimək bilmir.

Ölkə.az xəbər verir ki, ötən gün Suriya prezident administrasiyasının rəsmisi Tvitter səhifəsində, "Bəşər Əsəd barədə yayılan məlumatlar həqiqəti əks etdirmir" - deyərək bu söz-söhbətə son qoymağa çalışmışdı.

Visamel Hürra adlı qadın jurnalistin Əsədin yatdığı iddia edilən "Şami" xəstəxanasının əməkdaşı ilə baş tutmuş telefon danışığı Bəşər Əsədin vəziyyəti barədə şübhələri çoxaldıb.

Jurnalistlə Dəməşqin Muhacirun zonasında, prezident sarayının yaxınlığında yerləşən və əsasən yüksəkçinli dövlət məmurlarının istifadə etdiyi "Şami" xəstəxanasının əməkdaşı arasında etiraf kimi dialoq baş tutub.

Rəsmi Dəməşq Əsədin səhhəti barədə iddiaları inkar etsə də, başda Suriyanın rəsmi xəbər agentliyi "Sana" olmaqla Suriya mətbuatında son 5 gündə Əsədə aid heç bir görüntü yayımlanmayıb.

Bəşər Əsədin xəstəxanada olması ehtimalını qüvvətləndirən dialoq:

Qadın: Salam.

Kişi: Xoş gəldiniz.

Qadın: Mən prezident sarayından zəng vururam. Prezidentin səhhəti barədə danışmaq qadağandır. Xəstəxanadan hər cür məlumat verilməsi qadağandır.

Kişi: Bura gələn xəstənin kim olduğunu bütün həkimlər bilir.

Qadın: Xəstəxanadan prezident barədə heç kimə məlumat verməyəcəksiniz. Bu sirrdir.

Kişi: Oldu.

Qadın: Kim prezident barədə telefonla da olsa məlumat almaq istəsə verməyəcəksiniz.

Kişi: Yaxşı. Oldu.

Qadın: Cavabdeh həkimlə, müdirlə danışmaq istəyirəm.

Kişi: Bu məsələni başa düşdüm. Məsuliyyəti üstümə götürürəm. Onunla danışacağam.

Qadın: Prezident barədə heç kimə məlumat verilməsin oldumu?

Kişi: Oldu, başa düşdüm.

Qadın: Sənin adın nədir?

Kişi: Qeydiyyat şöbəsindən Həsən.

Qadın: Bağışlayın?

Kişi: Qeydiyyat şöbəsindən Həsən.

Qadın: Mən prezident sarayından zəng vururam. Mələk Əli Həsən. Oldumu?

Kişi: Okey okey.

Qadın: Səninlə danışdığım vaxtı qeyd etdim. 12.45 və səninlə danışıram. Sizdən xahiş edirəm prezidentin xəstəxanada olması barədə heç kimə xəbər verməyəcəksiniz.

Kişi: Təşəkkür edirəm.

Qadın: Təşəkkür edirəm.

Dialoq başa çatdıqdan sonra qadın jurnalist bu sözləri deyir: "Şami" xəstəxanasından etiraf etdilər. Bəşər Əsəd xəstəxanadadır.

Tarix
2017.01.31 / 11:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla