Ana səhifə Planet |
"Axar.az" xəbər verir ki, "BBC"yə müsahibə verən İran XİN Məhəmməd Cevat Zarif bildirib ki, Şiə və Sünnilər arasındakı məzhəb gərginliyi dünyanın təhlükəsizliyi üçün ən ciddi təhlükələrdən biridir.
İranlı nazir bildirib ki, bəzi adamlar dar düşüncəli siyasi mənfəətləri üçün düşmənçilikləri qızışdırır.
Suriya, İraq və Pakistan, hal-hazırda məzhəb qarşıdurmalarından istifadə etməyə çalışan başlıca ölkələr arasındadır. Nazir sünnilərlə şiələr arasındakı qarşıdurmanın "təkcə bölgələr üçün deyil, dünya üçün ciddi təhlükə" olduğunu vurğulayıb.
Məzhəb ayrılığı və vəhşilik
2003-cü ildə İraqın ABŞ tərəfindən işğalından bu yana şiə və sünnilər arasındakı məzhəb gərginliyi daha da şiddətlənib. Bu il İraqda təxminən 6 min 500 nəfər vətəndaş məzhəb qarşıdurmalarında öldürülüb. Bu, 2008-ci ildən bəri ən böyük göstəricidir.
Şiə məzhəbindən olan Suriya prezidenti Bəşər Əsəd şiə dövləti olan İranın müttəfiqlərindən biridir. Suriyaya qarşı vuruşan, daha çox sünni üsyançılardan ibarət olan qüvvələr isə Türkiyə və Səudiyyə Ərəbistanı daxil olmaqla, sünni qüvvələr tərəfindən dəstəklənməkdədir.
İran çağırış edib
Nazir Zarif bütün tərəflərin Suriya mövzusundakı fikir müxtəlifliyini unudaraq məzhəbçiliyə qarşı çıxmalı olduğunu söyləyib və birbaşa ad çəkmədən Sünni Ərəb liderlərini məzhəblərdən qaynaqlanan şiddəti "qızışdırmaqda" günahlandırıb: "Heç kim məzhəblərdən qaynaqlanan şiddəti qızışdırmamalıdır. Hər kəsin təhlükəsizliyi üçün zərərli olacaq qarşıdurmanın qarşısını almaq üçün bu şiddəti dayandırmalıyıq".
Tarix
2013.11.11 / 13:11
|
Müəllif
Nilüfər Muğantürk
|