Yuxarı

Üç qafqazlı ömürlük həbsə məhkum olundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axar.az" saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, 2011-ci ildə "Domodedov" aeroportunda baş verən partlayışda təqsirləndirilən şəxslərdən üçü azadlıqdan məhkum olunaraq ömürlük həbs cəzası alıb.

Məhkəmənin qərarı ilə cinayətkarın üçü - İslam və İlez Yandiyev, həmçinin Bəşir Xamxoyev öz cəzasını xüsusi koloniyada çəkəcək. Əhməd Yevloyev isə həyatının 10 ilini ümumi cəzaçəkmə koloniyasında dəmir barmaqlıqlar arasında keçirməli olacaq.

Təqsirləndirən tərəf təsdiq edir ki, cinayət zamanı Əhməd Yevloyev, Bəşir Xamxoyev və Yandiyev qardaşları ölən Məhəmməd Yevloyevə İnquşetiyadan Moskvaya gəlməkdə kömək ediblər və partladıcı qurğunu ona veriblər.

Xatırladaq ki, Domodedovda olan partlayış 2011-ci ildə baş verib. Partlayış nəticəsində 37 nəfər həyatını itirmiş, 132 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti almışdı.

İstintaq qrupu partlayışın "Qafqaz Əmirliyi"nin lideri Doku Umarov tərəfindən təşkil olunduğunu hesab edir.

Tarix
2013.11.11 / 13:45
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla