Ana səhifə Planet |
Ermənistanın dövlət borcu 2017-ci ildə daha 350 milyon artaraq, 6,250 milyarda çatacaq.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Maliyyə naziri Vardan Aramyan erməni mediasına açıqlamasında bildirib. O qeyd edib ki, 2016-cı ilin 5,9 milyardlıq dövlət borcunun 503 milyonu Mərkəzi Bankın, 5,4 milyardı isə hökumətindir.
Aramyan bu borcu yalnız dollarda deyil, həm də yapon yeni, avro və sairdə olduğunu vurğulayıb.
Qeyd edək ki, Ermənistanın 2016-cı ildəki dövlət borcu ÜDM-in 54,4 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəmin 60 faizə qalxacağı proqnozlaşdırılır.
Aramyanın sözlərinə görə, Ermənistan 2019-cu ildən başlayaraq, borcların qaytarılmasına büdcədən böyük vəsaitlər ayırmağa məcbur olacaq. O zaman çox ciddi problemlərin yaşanacağı gözlənilir.
Tarix
2017.02.08 / 12:06
|
Müəllif
Anar
|