Yuxarı

Qatar relsdən çıxdı, benzin dolu 6 sistern yandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Armavir vilayətində "Dalarik-Karakert" qatar yolunda yük qatarı relsdən çıxıb. Hadisə haqda məlumat yerli vaxtla 01.37-də verilib. Hadisə yerinə FHN, eləcə də "Masis" stansiyasından teplovoz, "Gümrü" stansiyasından isə yanğınsöndürən qatar yollanıb. Relsdən çıxan qatar Gümrüdən Masisə 6 vaqon taxıl, 15 sistern benzin, 2 vaqon şpal və 11 boş vaqondan ibarət olub. Hadisə nəticəsində 6 sistern relsdən çıxaraq çevrilib və yanmağa başlayıb.

"Axar.az"ın erməni saytlarına istinadən məlumatına görə, hadisə yerinə çatan teplovoz yanğın yerindən 18 vaqon və 9 sistern çıxarmağa müvəffəq olub. "Gümrü"dən gələn qatar isə daha 9 vaqonu yanğın yerindən uzaqlaşdırıb.

4 benzin sisterni tamamilə, 2-si isə qismən yanib. Yanğın eləcə də 100 metrlik şpalı məhv edib.

Zərər çəkənlər haqda heç bir məlumat yayılmayıb. Faktla bağlı araşdırma aparılır.

Tarix
2013.11.11 / 15:26
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla