Yuxarı

Astroloqlar NASA-nın Yerə bənzər 7 planetini şərh edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın NASA kosmik agentliyi Günəş sistemindən 40 işıq ili məsafəsində Yerə bənzəyən 7 yeni planetin aşkar edildiyini bəyan edib. Bütün planetlər TRAPPİST-1 ultra-soyuq qırmızı cırtdan ulduzunda aşkar edilib. Ölçüsünə görə Yerlə müqayisə edilən bu planetlər maye halında suyun tapılması üçün yararlıdır. TRAPPİST-1 ətrafında fırlanan 3 planetdə isə nəzəri olaraq həyat ola bilər. “İkinci Yerin aşkar edilməsi ”əgər" deyil, “nə zaman” sualını doğurur", - deyə NASA kosmik agentliyinin direktorunun müavini Tomas Zurbuçen Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib.

“Planetlərin hamisi bir-birinə, ulduzlara çox yaxındırlar və Yupiter ətrafındakı aya bənzəyirlər. Bununla yanaşı ulduz o qədər az və o qədər soyuqdur ki, planetlərdə maye halında suyun və həyatın olması mümkündür”, - deyə NASA-nın digər nümayəndəsi Mişel Gieon açıqlayıb.

Astronomların danışdıqlarına görə planetlər “Spitçer” kosmik teleskopunun köməyilə aşkar edilib. Bundan başqa astronomların fikrincə, bu teleskop vasitəsilə aşkar edilən ən vacib hadisədir. Aşkar edilən 7 planet yerdən 39-40 işıq ili məsafədə yerləşir.

“Bu planetlərə reaktiv təyyarə ilə uçası olsaq, bu səyahət 40 milyon ili əhatə edəcək”, - deyə Baltimordakı Kosmik Tədqiqatlar İnstitutunun əməkdaşı Nikol Luis qeyd edib.

Bu günə qədər alimlərə “Yerin əkizi” sayılan onlarla planet məlumdur. Ulduzların həyat sərhədləri zonasında yerləşən və ehtimalən həyat üçün yararlı olan yer tipli planetlər “Yerin əkizi” adlandırılır. Bununla yanaşı, alimlər bu planetlərdə həyatın olmasını sübut edəcək faktları əldə edə bilməyiblər. Yeni planetlər barədə məqalə Nature jurnalında dərc olunub. “TRAPPİST-1 ulduzundan ən uzaqda olan planetdə istiliyi effektiv saxlayan və daha çox Venera atmosferinə bənzəyən atmosfer olsaydı, o zaman bu planet həyat üçün yararlı ola bilərdi”, - deyə tədqiqatın müəlliflərindən biri, Kembric Universitetinin əməkdaşı Amori Trio BBC-yə açıqlamasında bildirib.

Qeyd edək ki, NASA-nın bu kəşfi yerdən başqa planetdə də həyatın varlığını, bəlkə də orada da yaşayışın olduğunun deməyə əsas verir.

Maraqlıdır, bizim astroloqlar NASA-nın bu iddiaları haqda nə düşünür?

Astroloq Firudin Qurbansoy Musavat.com-a bunun mümkün olduğunu dedi:

“Milyonlarla günəş sistemi var. Əlbəttə, bu mümkündür. Amma bizim ora getmək, onlarla əlaqə yaratmaq üçün texniki imkanlarımız yoxdur. Bizim kosmik raketimiz illərlə ora uça bilməz. İnsan ömrü də buna yetməz. Günəş işığı görmədən yaşayan insan ömrü nə qədər ola bilər ki?! Təsəvvür edin ki, kosmik raketin içində günəş işığı görmürsən, çimə də bilmirsən, nəfəs almaq da olmur. Ancaq süni halda nəfəs almaq olur. Diqqət etmisinizsə, kosmonavtlar düşəndən sonra 2-3 ay bərpa periodu keçiləndən sonra insan içinə çıxırlar. Bu 3-cü kosmik sürətlə getsə belə ora çatması üçün illər lazımdır və buna insan ömrü çatmır. 10 nəfər, aralarında biri rus qadın olmaqla Marsa getmək istəyir. Onlar deyir ki, geri qayıtmayacaqlar və orada ölüb qalacaqlar. Mən deyirəm ki, onlar 15 dəqiqə sonra öləcəklər, nəinki aylarla illərlə yaşasınlar. Çünki orada təzyiq o qədər çoxdur ki, gərək sənin geyimin 1 santimetr qalınlığında alüminiumdan olsun. Bu geyim 1 santimetrdən aşağı olsa, o saat sıxıb insanı partladar. Bundan başqa nə yeyib içəcəksən, necə təmizlənəcəksən?! Nəzəri cəhətdən deyirlər ki, getmək, bunu etmək olar. Axı əməli cəhətdən bunu etmək olmur”.

Astroloq yer kürəsinə oxşayan planetlərin olduğunu dedi: “Yerə bənzər planetlər var. Ancaq onlarla əlaqə saxlamağa texniki imkanlarımız yoxdur. Bəlkə də o planetlərin bizimlə əlaqə saxlamağa imkanları var. Uçaq boşqablar şəklində gəlib gedirlər. Amma bizdə hələ ki, bu imkanlar yoxdur”.

Astroloq Səbuhi Rəhimli isə bildirdi ki, 2001-ci ildən bu günə kimi 4 dəfə yerə bənzər planetin tapıldığı bəyan edilib:

“Təbii ki, insan düşüncəsində belə bir qənaət var ki, bizim planet kainatda varlıq mövcud olan yeganə kosmik obyekt deyil. Qədim bilgilərdə, monoteist dinlərdəki müqəddəs mətnlərdə buna ehkam edilən çoxsaylı məlumatlar var. Son yüzillikdə məxfi saxlanılmasına baxmayaraq, yadplanetlilərin gəlişini təsdiqləyən faktlar da az deyil. Üstəlik, Həzrəti Peyğəmbərimiz (s) haqqında söylənilən "18 min aləmin Mustafası" fikri də deyilənləri təsdiq edir. Çünki canlı və şüurlu varlıq olmayan bir aləmin peyğəmbərə ehtiyacı ola bilməz. Bütün bunlara söykənərək kainatda Yerdən başqa da canlı varlıqlar yaşayan planetlərin olmasına əmin olduğumu söyləyirəm. Amma son günlər yayılan məlumatın doğrudan da NASA tərəfindən yayılıb-yayılmamasını bilmirəm. Çünki zaman-zaman bu təşkilatın adından çoxsaylı dezinformasiyalar yayılmaqdadır. Hətta bunu NASA bildirsə belə, yaxın onilliklərdə, bəlkə də yüzillikdə mümkün olmayacaq. Çünki bizim Günəş sistemində mövcud olan Marsın özünü tədqiq etmək kifayət qədər çətindir. Bu sistemdən kənarda həyat olan hansısa planetin quruluşuna və durumuna aydınlıq gətirmək isə indilik ağlabatan görünmür. 2001-ci ildən bu yana 4 dəfə Yerə bənzər planetin tapıldığını bəyan ediblər. Lakin bu, xəbər çərçivəsindən qırağa çıxmayıb. Güman edək ki, bu dəfə elə olmayacaq".

Tarix
2017.02.25 / 11:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla