Yuxarı

Səudiyyə İraqdan sonra İranla da barışır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı İraqla münasibətlərini bərpa etdikdən sonra İranla təmas qurmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil Cübeyrin İraqa səfərini şərh edərkən beynəlxalq hüquq mütəxəssisi Əli əl-Tamimi söyləyib.

Tamimi İraq-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələrin uzun illər sonra ilk dəfə müsbət yöndə inkişaf etdiyini, ötən əsrin 90-cı illərindən sonra iki ölkə arasında əlaqələrdə durğunluq yaşandığını da qeyd edib.

İki ölkənin güclərini terrorizm ilə mübarizədə birləşdirmək istədiklərini deyən Tamimi İraqın terrorizmlə savaşdığını, qonşusu Səudiyyə Ərəbistanının həm kəşfiyyat baxımından, həm də ölkənin yenidən abadlığı, şəhərlərin normal axına düşməsi baxımından Bağdada böyük dəstək verəcəyini vurğulayıb.

Tamimi S.Ərəbistanının İraqdan sonra da Tehranla təmas qurmağı hədəflədiyini bildirib.

Qeyd edək ki, Cübeyr ABŞ-ın 2003-cü ildə İraqı işğalından sonra bu ölkəyə səfər edən ilk Səudiyyə rəsmidir.

Tarix
2017.02.27 / 21:31
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla