Yuxarı

Bağdadinin məğlubiyyət etirafı əslində tələdir – Politoloq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD lideri Bağdadinin dünənki vida nitqi hələ terror qruplaşmasına qarşı mübarizənin dönüş nöqtəsi kimi dəyərləndirilə bilməz.

Axar.az xəbər verir ki, bu sözləri Ranxiqs İctimai Elmlər İnstitutunun dosenti, politoloq Sergey Demidenko deyib.

Mütəxəssis bunu Bağdadinin yeni taktikası adlandırıb və qeyd edib ki, İŞİD yenidən Suriya və İraqdakı ərazilərini qaytarmağa çalışacaq:

“Onlar indi dağlara çəkiləcək, yenidən güc toplayacaq və hərəkətə keçəcəklər. 2007-ci ildə də biz oxşar hadisə ilə rastlaşdıq. İslam radikalizminin süquta uğradığını, geri çəkildiyini düşündüyümüz bir vaxtda İŞİD qruplaşması önümüzə çıxdı. Bağdadinin bu çıxışını yeni strategiya kimi qəbul etmək lazımdır. Onlar bu yolla yeni həmləyə keçmək, yeni hücumlar hazırlamaq niyyətindədirlər. Onlar asanlıqla təslim olan deyillər. Bu doktrinanın sonunun gəldiyini demək, hələ ki, olmaz. Aydın məsələdir ki, onlar mümkün olan hər yolla öz mübarizlərini davam etdirəcəklər. Müharibəyə hesablanan bu hərəkat üçün dünyada üç kainat var: müharibə dünyası, danışıqlar dünyası və islam dünyası. Və hazırki şərait üçün onların önündə bir dünya var: müharibə dünyası. Bu dünyada isə cihad var. Buna görə də hazırda dünyanın hər bir bölgəsində terakt gözləmək lazımdır”.

Qeyd edək ki, İraqın “Əl Sumariyyə” televiziyası etibarlı mənbəyə istinadla Bağdadinin ötən gün öz tərəfdarlarını dağ rayonlarında gizlənməyə səslədiyini və İraqdakı məğlubiyyətini qəbul etdiyini yaymışdı.

Tarix
2017.03.02 / 09:32
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla