Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Sentyabr 2017


Peyvənd artıq iynəsiz və ağrısız olacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kaliforniya Universitetinin alimləri (ABŞ, Berkli) peyvəndi orqanizmə iynəsiz və ağrısız yeritməyə imkan verən qurğu hazırlayıblar.

Trend-in məlumatına görə, bu barədə "Naked Science" portalı xəbər verib. Məlumata görə, peyvənd və digər ağrılı prosedurlar yaxın vaxtlarda keçmişdə qala bilər. Onları Kaliforniya Universitetində hazırlanmış yeni metod əvəzləyəcək. Lazımlı preparatlar orqanizmə həb böyüklükdə "MucoJet" qurğusunun köməyi ilə yeridiləcək. Miniatür kapsul yanağın daxili hissəsinin selikli qatını deşərək, preparatı orqanizmə daxil edir. Qurğu müəlliflərinin sözlərinə görə, bu, tamamilə ağrısız prosesdir.

"MucoJet" ucunda diametri 7 millimetr olan kürə yerləşən 15 millimetrlik silindrdir. Pasiyent birincisi su, ikincisi limon turşusu və qida sodasından ibarət quru kimyəvi reaktiv yanacaqla dolu olan bölmələri ayıran nazik membranı deşmək üçün kürəni ehmalca sıxmalıdır. Onların içərisindəki maddələr qarışanda xırda porşeni hərəkətə gətirmək üçün yetərli təzyiq yaranır və vaksini yüksək sürətlə kiçik deşikdən çıxarır.

Yeni qurğu artıq donuz və ev dovşanları üzərində sınaqdan keçirilib. Sınağın nəticələri yeni üsulun inyeksiyalı peyvənddən üstün olduğunu göstərib.

Tarix
2017.03.20 / 17:40
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

İran ən yeni raketinin sınağını keçirdi - Video

Saakaşvili ilə bağlı qərar: 130 dollar...

Dünyanın ən toxunulmaz 5 təyyarəsi - Axar TV

Azərbaycanlılar kəndləri boşaltmağa məcbur olur

Səfir selfi çəkmək istədi, telefonu oğurlandı

Rusiyanın məşhur bankı Avropadan çıxır

Misir də referenduma qarışdı - Bəyanat

Kubalı nazir BMT-də Trampı ittiham etdi

Təyyarə qəzaya uğradı: Ukraynalılardan xəbər yoxdur

Sazişlər açıqlandı: Türkiyənin İraqa girmə haqqı - Video

KULT
<>
Xəbər xətti
 
SORĞU
Harada dincəlmək istəyərdiniz?
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla