Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
26 May 2017


BƏƏ bu ölkədəki səfirini geri çağırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici İşlər Nazirliyi ölkənin İsveçrədəki səfiri Mayyu Cauxari Tisafini geri çağırıb.

APA-nın məlumatına görə, bu barədə “Gmireyts al-yaum” qəzeti məlumat yayıb.

Buna səbəb İsveçrənin BMT-də Bəhreyndə insan hüquqlarının pozulduğunu bəyan etməsi olub. Bəhreynin insan haqlarının qorunması sahəsində bir sıra addımlar atdığını vurğulayan BƏƏ xarici işlər nazirinin müavini Əbderrahim əl-Audi deyib ki, belə məsələləri ikitərəfli kanallarla müzakirə etməyə üstünlük vermək lazımdır, Bəhreynlə İsveçrə arasında da belə kanal yaradılıb. Ə. əl-Audi Bəhreynin təhlükəsizliyi və sabitliyinin BƏƏ-nin təhlükəsizlik və sabitliyi olduğunu vurğulayıb: “İsveçrə kimi bəyanatların verilməsi isə dağıdıcı və terrorçu fəaliyyətlərin həyata keçirilməsinə bəhanə yaradır. BƏƏ İsveçrənin bu məsələ ilə bağlı mövqeyinə yenidən baxmasını gözləyir”.

Qeyd edək ki, 2011-ci ildə Bəhreyndə Fars körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələrinin dəstəyi ilə hökumət əleyhinə şiə qruplaşmaların etiraz aksiyaları yatırdılıb. 2014-cü ildə Bəhreyn paytaxtında təhlükəsizliyin qorunmasında iştirak edən BƏƏ polis zabiti də şiə qruplaşmalar tərəfindən öldürülüb.

Tarix
2017.03.20 / 22:42
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Tramp Ərdoğanla Meyin danışığına gizli qulaq asdı - Video

Babloyan: Biz gənclərimizi bu münaqişədə itiririk

Putinlə görüşmədən qayıdan prezident İŞİD-i məhv edir

Azərbaycanlı milyarderin oğlu ən zəngin varis oldu

Trampın çağırışı Rusiyanı pis vəziyyətə salır - Ağ Ev

NATO-nun möhtəşəm binası: Tramp yenə fərqli danışdı - Video

Ərdoğanla Makron arasında 20 milyardlıq razılaşma

ABŞ bu ölkənin adalarını izləyir

Sərkisyan nazirlər təyin etdi - Siyahı

Rusiya vətəndaşlarına müraciət: Ora getməyin!

KULT
<>
Xəbər xətti
 
SORĞU
Dağlıq Qarabağ probleminin həlli yolunu necə görürsünüz?
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla