Yuxarı

Britaniyada qanlı terror: 4 ölü, 20 yaralı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:16

Britaniyanın paytaxtı Londonda parlament binası yaxınlığında atışma baş verib.

Axar.az xəbər verir ki, atışma nəticəsində 12 nəfərə yaxın insan yaralanıb.

Atışmadan dərhal sonra parlamentin fəaliyyəti dayandırılıb.

19:24

Britaniya parlamenti yaxınlığında polislərdən biri bıçaqlanıb.

Bu barədə informasiyanı Britaniya polisi yayıb. Polis artıq parlament yaxınlığında atışmanı başladan şəxsi məhv edib. Parlamentdə olan şəxslərin bayıra çıxması qadağan edilib.

***

Britaniya polisi parlament yaxınlığında baş verən atışmanın terror aktı olduğunu elan edib.

Polis hələlik baş verən insidentin terakt olmadığını təsdiqləyən heç bir fakt əldə etmədiklərini bildirib.

20:58

Londonda parlament binası yaxınlığında baş verən terakt zamanı iki nəfər həlak olub.

Bu barədə informasiyanı “Skay Nyus” televiziyası yayıb.

Rəsmi mənbələr hələlik bu informasiyanı təsdiqləməyib.

22:50

BBC.com xəbər verir ki, Skotland Yard Metropoliten polisi parlament və Vestminster körpüsündə baş vermiş hücum nəticəsində bir polis zabiti və bir terrorçu olmaqla, 4 nəfərin öldüyünü və ən azı 20 nəfərin yaralandığını bəyan edib.

Polisə hücum edən şəxs polis tərəfindən vurulub. Bıçaqlanmış polis zabiti təcili yardım xidmətlərinin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Hadisə yerində Mühafizəkar millət vəkili Tobias Ellvod bıçaqlanmış polis zabitinə süni nəfəs yardımı göstərməyə cəhd edib.

St Tomas xəstəxanasından bir həkim Vestminster körpüsündə vurulan bir qadının hücumdan sonra öldüyünü və bir neçə nəfərin yaralandığını bildirib. Həkim bəzi yaralıların ölümcül xəsarətlər aldığını deyib.

Parlament binası qarşısında polisin fəaliyyəti indiyədək görülməmiş səviyyədədir.

Millət vəkilləri daxil olmaqla, artıq 500 nəfər partlament binasından çıxarılaraq qonşu Vestminster Abbatlığının binasına köçürülüb. Onların polisə şahid ifadələri vermələri gözlənilir.

Şahidlər yaralılara tibbi yardımın göstərildiyini və parlamentin həyətində biçaqlı bir şəxsi gördüklərini deyiblər.

"İndependent" qəzetinin siyasi redaktoru Tom Pek Tvitterdə yazıb: "Böyük partlayış səsi gəldi. Qışqırıqlar. Səs-küy. Sonra isə yenə atəş səsi. Hər yerdə silahlı polislər var".

Baş nazir Tereza Mey hadisə baş verən zaman gümüşü "Jaquar"na minərək hadisə yerindən uzaqlaşıb.

Bir şahid - "Harvard"ın Avropa Tədqiqatları Mərkəzində işləyən akademik Radoslav Sikorski Tvitterdə Vestminster körpüsündə yaralı insanların yerə sərildiyini göstərən video paylaşıb. O yazıb: "İndicə bir maşın Vestminster köpüsündə 5 nəfəri vurub getdi".

Aparıcı Andrev Neil Vestminster körpüsündə insanları vuran maşının sonra parlament binasını əhatə edən barmaqlıqlara çırpıldığını deyib.

Fransız qəzeti "Le Telegramme" Konkarneau məktəbindən Londona səfərdə olan 15-16 yaşlı şagrdlərdən üçünün Vestminster körpüsündə maşınla vurulduqdan sonra xəsarət aldığını yazıb.

Digər şahidlər maşının boz rəngli "Hunday" markalı avtomobil olduğunu bildiriblər. "Vestminster" metrostansiyası və parlamentə gedən yollar polisin göstərişilə bağlanıb.

Cənab Lidinqton bildirib: "Hava ambulansı hazırda hadisə yerində yaralıları çıxarmağa çalışır".

İnsanlara Vestminster yaxınlığından uzaqda qalmaq tövsiyə edilir.

Polisin yaydığı bəyanatda bildirilir: "Polis insanlara bu ərazilərdən uzaq qalmalarını tövsiyə edir: Parlament Meydanı (Parliament Square); Vitehall, Vestminster körpüsü (Westminster Bridge); Lambet körpüsü (Lambeth Bridge); Viktoria küçəsinin Broadvey qovşağına qədər və Viktoria Embankmentdən "Embankment" metrosuna qədər.

Bu, təcili yardım xidmətlərinə hazırki insidentlə məşğul olmağa şərait yaratmaq üçün atılan addımdır".

***

Londondakı terror hücumunu bir nəfər təşkil edib.

Bunu Skotland-Yardın nümayəndəsi Mark Rouli bəyan edib.

***

Londonda terror aktı zamanı yaralananlardan 12 nəfərin vəziyyəti ağırdır.

APA-nın verdiyi xəbərə görə, bu barədə London təcili tibbi yardım xidmətinin nümayəndəsi Polin Kranmer bildirib.

“Biz artıq xəstəxanaya ağır vəziyyətdə çatdırılan 12 nəfərə müvafiq yardım göstərmişik. Yüngül yaralanan 8 nəfərə hadisə yerində tibbi yardım göstərilib”, - deyə P.Kranmer bildirib.

Tarix
2017.03.23 / 01:09
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla