Yuxarı

Kleopatra tiranların başını necə yemişdi: 21 əsrlik sirr açılır - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölümündən 21 əsrə yaxın vaxt keçsə də, Ptolemeylər sülaləsinin sonuncu çariçası, Misir şahzadəsi VII Kleopatranın iki Roma tiranını hansı yolla başdan çıxara bilməsinin sirri heç cür dəqiq izah edilə bilmir. Bu yetənəyə əsas amil kimi onun gözəlliyi, cinsəlliyi, var-dövləti, Misir kimi varlı ölkəyə başçılıq etməsi göstərilsə də, önəmli faktorlar olmasına baxmayaraq, səbəb heç biri deyildi. Çünki sadalanan cəhətlərdən heç biri o iki sərkərdə üçün əlçatmaz deyildi. Bəs nəydi o səbəb.

Kult.az xəbər verir ki, deyəsən, 21 əsrlik araşdırmalardan sonra alimlər bu sirri çözməyə xeyli yaxınlaşıblar.

Bu sirri izləyəcəyimiz videodan öyrənməmişdən əvvəl Kleopata haqda tarixi faktları yada salaq. Onu da qeyd edək ki, Kleopatradan əvvəl bu adda 6 Klepoatra olmuşdu və ona görə də o VII Kleopatra adlanır.

Kleopatra sənətdə

VII Kleopatra (e.ə. 69-cu il, yanvar, İsgəndəriyyə - e.ə. 30-cu il, İsgəndəriyyə) – Ptolemeylər sülaləsinin sonuncu çariçası, XII Ptolemeyin (Avletin) qızı, XIII Ptolemeyin bacısı və arvadı; onunla müştərək hökmdar (e.ə. 51-ci ildən). E.ə. 48-ci ildə Suriyaya qovulmuş, Yuli Sezarın köməyi ilə Misirə qayıtmışdı. E.ə. 41-ci ildən sonra Mark Antoninin müttəfiqi və məşuqəsi olmuş (Roma qaydalarına zidd olaraq Kleopatra ilə evlənmişdi), Oktaviana qarşı mübarizədə onu müdafiə etmişdi. Aksi döyüşündən sonra əvvəlcə Antoni, sonra da VII Kleopatra intihar etmişdilər. Kleopatranın obrazı ədəbiyyatda (V.Şekspir, B.Şou) və incəsənətdə (C.Tyepolo, P.Rubens və b.) əksini tapıb. ABŞ-da VII Kleopatra haqqında tammetrajlı bədii film çəkilib (1965). Azərbaycan səhnəsində Şekspirin "Antoni və Kleopatra" əsəri tamaşaya qoyulub.

Hakimiyyətə gəlməsi

7-ci Kleopatra Qədim Misiri ilk öncə özündən kiçik iki qardaşı, daha sonra isə oğlu ilə bərabər, demək olar ki, otuz il müddətində idarə etmişdi. O, e.ə. 332-ci ildə böyük İsgəndərin Misiri istilası zamanı general kimi xidmət etmiş Ptolemeyin banisi olduğu Makedoniyalı hökmdarlardan ibarət sülalənin sonuncu nümayəndəsi olmuşdu. Savadlı və ağıllı Kleopatra müxtəlif dillərdə danışa bilirdi və müştərək hakimiyyətdə olduğu dövr ərzində əsas hökmdar olmuşdu. Roma hökümdarları Yuli Sezar və Mark Antoni ilə romantik məhəbbət əlaqələri və hərbi tərəfdaşlığı, həmçinin qeyri-adi gözəlliyi və cazibə gücü ona tarixdə və məşhur əfsanələrdə sarsılmaz mövqe qazandırıb. Kleopatranın həyatı müasir dövrlə uzlaşmadığına görə onun bioqrafiyasını dəqiqliklə bir araya gətirmək çətindir. Onun həyatı haqqında məlum faktların əksəriyyəti yunan-roma alimlərinin, xüsusilə, Plutarxın əsərlərindən öyrənilmişdi. E.ə. 70 yaxud 69-cu illərdə doğulmuş Kleopatra 12-ci Ptolemeyin (Avlet) qızı olub. Onun anası hökmdarın arvadı (çox güman ki, onun ögey bacısı) 5-ci Trifaena olduğu güman edilir. E.ə. 51-ci ildə Avletin ölümündən sonra, 18 yaşlı Kleopatra və onun 10 yaşlı qardaşı 13-cü Ptolemey Misir taxtına çıxdı.

Sezarın ovlanması

Sezarın Romada güclənmək üçün gəlirlərini təmin etməyə və Avletin borclu olduğu pulları Misirə yenidən ödətməyə ehtiyacı var idi. Sezarın sayca üstün qüvvələri ilə 13-cü Ptolemeyin qüvvələri arasında dörd ay davam edən müharibədən sonra, Romadan dəstək qüvvələri gəldi, Ptolemey İskəndəriyəyə qaçmağa məcbur oldu və Nil çayında boğuldu. İskəndəriyəyə daxil olaran Sezar, taxtı Kleopatra və kiçik qardaşı 14-cü Ptolemey arasında yenidən bərpa etdi. Sezar Kleopatra ilə bərabər, bir müddət Misirdə qaldı və Kleopatra təxminən e.ə. 47-ci ildə Ptolemey Sezar adlı oğlan uşağı dünyaya gətirdi. Güman edilir ki, Ptolemey Sezar Sezarın oğludur. O, Misir xalqı arasında Sezarion yaxud balaca Sezar kimi tanınırdı.

Romaya səfər

Kleopatra e.ə. 46-45-ci illərdə 14-cü Ptolemey və Sezarion ilə birgə Sezara baş çəkmək üçün Romaya səfər etmişdi. Sezar e.ə. 44-cü ilin mart ayında qətlə yetirildikdən sonra, Kleopatra Misirə geri dönmüşdü. Tezliklə 14-cü Ptolemey vəfat etdi və 3 yaşlı Sezarion 15-ci Ptolemey olaraq anası ilə bərabər Misirin hökmdarı oldu. O vaxtdan etibarən Kleopatra özünü Osirisin bacısı və arvadı, Horusun anası olan ilahə İsida kimi təqdim edirdi. Bu hökmdar və kraliçaların hakimiyyətini möhkəmləndirmək üçün hökmdar ailə üzvlərini ilahiyyat ilə əlaqələndirən qədim Misir ənənəsinə əsaslanırdı. Həmçinin 3-cü Kleopatra da ilahə İsida olduğunu iddia etmişdi, 7-ci Kleopatraya isə "Yeni İsida" kimi istinad edilirdi.

Mark Antonini məftun edilməsi

Körpə oğlu ilə müştərək hakimiyyəti vasitəsilə Kleoptranın Misir hakimiyyətindəki mövqeyi həmişə olduğundan daha möhkəm idi. Hələ də Nil daşqınları məhsul qıtlığına, infiliasiya və aclığa səbəb olurdu. Elə bu vaxt Romada Sezarın mütəffiqlərinin ikinci triumviratı (Mark Antoni, Oktavian və Lepid) və Sezarın sui-qəsdçiləri Brut və Kassius arasında münaqişə gedirdi. Hər iki tərəf Misirdən dəstək istədi və bir qədər yubatdıqdan sonra Kleopatra Sezarın Misirdə yerləşdirdiyi dörd Roma legionunu triumvirata dəstək üçün göndərdi. E.ə. 42-ci ildə Filip döyüşündə Brut və Kassiusun qüvvələrini məğlub etdikdən sonra, Mark Antoni və Oktavian Romada hakimiyyəti öz aralarında böldülər. Az sonra Mark Antoni Sezarın sui-qəsdinin mürəkkəb nəticəsində oynadığı rolu izah etmək üçün Kleopatranı Klikiya şəhəri olan Tarsusa çağırdı. Plutarx tərəfindən qeydə alınan rəvayətə görə Kleopatra Tarsusa gözəl bir gəmidə gəlmişdi və İsidanın xalatını geyinmişdi. Antoni onun gözəlliyinə valeh olmuşdu. O, Kleopatranın kiçik bacısı və rəqibi, həmin vaxt sürgündə olan Arsinoeni aradan qaldırmağa kömək edəcəyinə dair vəd verərək Misiri və Kleopatranın tax-tacını qoruyacağı barədə razılığa gəldi. Kleopatra Misirə geri döndü, ondan az sonra 3-cü arvadı Fulviya və uşaqlarını Romada qoyan Antoni onun arxasınca Misirə getdi. O, e.ə. 41-40-ci illərin qışını İskəndəriyyədə keçirdi və bu dövr ərzində o və Kleopatra məşhur "misilsiz qaraciyərlər" adlanan kef məclisini (içki cəmiyyətini) təşkil etdilər. E.ə. 40-cı ildə Antoni Romaya geri döndükdən sonra, Kleopatranın Aleksandr Helios (günəş) və Kleopatra Selena (ay) adlı əkizləri dünyaya gəldi.

Hakimiyyət uğrunda mübarizə

Fulviya xəstələnib dünyasını dəyişdikdən sonra Antoni Oktavianın ögey bacısı Oktavia ilə diplomatik evlilik quraraq Oktaviana olan sədaqətini sübut etməli oldu. Misir Kleopatranın hakimiyyəti altında daha da inkişaf etmişdi və e.ə. 37-ci ildə Mark Antoni Parfiya krallığına qarşı təxirə salınmış hərbi yürüşünə maliyyə dəstəyi almaq üçün Kleopatra ilə yenidən görüşdü. Bunun müaqbilində isə, o Kipr, Krit, Kirenaika (Liviya) və Erika, həmçinin Suriya və Livanın böyük hissəsi daxil olmaqla şərqi Misir imperiyasını geri verməyə razı oldu. Onlar yenidən sevgili oldular və e.ə. 36-cı ildə Kleopatra Ptolemey Filadelfos adlı daha bir oğlan uşağı dünyaya gətirdi. Parfiyada biabırçı məğlubiyyətdən sonra, Antoni açıq şəkildə arvadı Oktavianın onunla barışmaq cəhdlərini rədd etdi, əvəzində isə, Misirə və Kleopatraya geri döndü. E.ə. 34-cü ildə "İskəndəriyyə bəxşişləri" kimi bilinən ictimai bayramda Antoni Sezarionu Sezarın oğlu və qanuni varisi elan etdi (övladlığa götürdüyü Oktaviandan fərqli olaraq) və Kleopatradan olan hər üç övladına torpaq bağışladı. Bu hadisə Antoninin tamamilə Kleopatranın idarəsi altında olduğunu iddia edən qəzəbli Oktavian arasında müharibə propaqandasını başlatdı. E.ə. 32-ci ilin sonlarında Roma Senatı Antonini təltif edildiyi bütün titullardan məhrum etdi və Oktavian Kleopatraya müharibə elan etdi.

Məğlubiyyət və ölüm

E.ə. 31-ci il, sentiyabrın ikisində Aksi döyüşündə Oktavianın qüvvələri Antoni və Kleopatranın qüvvələrini məğlub etdi. Kleoptranın gəmiləri döyüşü tərk etdi və Misirə qaçdı. Tezliklə Antoni xilas ola bildi və bir neçə gəmi ilə Kleopatranın ardınca getməyə nail oldu. İskəndəriyyə Oktavianın qüvvələrinin hücumu altında olduğu bir vaxtda Antoni Kleopatranın intihar etməsi barədə şayiə eşitdi. O, qılıncın üstünə atıldı və şayiənin yalan olması barədə xəbər gələn kimi dünyasını dəyişdi. E.ə. 30-cu il, avqustun on ikisində Antonini torpağa tapşırdıqdan və zəfər çalmış Oktavian ilə görüşdükdən sonra, Kleopatra iki qadın qulluqçusu ilə bərabər özünü otağa qapadı. Onun intihar üsulu dəqiq məlum deyil, lakin Plutarx və başqa yazıçılar onun ilahi kral hakimiyyətinin rəmzi olan və gürzə kimi bilinən zəhərli ilan vasitəsilə intihar etməsi ehtimalını irəli sürmüşdülər. Onun vəsiyyətinə əsasən, Kleopatranın cəsədi Antonin cəsədinin yanında dəfn edilmişdi.

Kleopatra eliksiri

Kleopatra xarici gözəlliyə kifayət qədər diqqət yetirir və öz sağlamlığını unutmurdu. İnsan bədəninə meyvələrin necə vacib olduğunu bilərək, o, öz baş magistri Amun Karimi yanına çağırmış və cavanlaşdırıcı xüsusiyyətlərə malik olan, ona tonus verən meyvələrdən ibarət eliksir hazırlamaq göstərişini vermişdi.

Amun Karim uzun araşdırmalardan sonra ən zərif meyvələri toplamış, onların şirəsini qarışdırmış və Kleopatraya təqdim etmişdi. Şahzadə dadın incəliyindən, onun heyrətamiz gücündən heyrətə gəlmiş, buna görə də magistri mükafatlandırmışdı.

Daha ətraflı və 21 əsrlik sirr videoda:

Tarix
2017.03.26 / 11:07
Müəllif
Alpər Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla