Yuxarı

Saakyan: “20 il sonra Ermənistan olmayacaq”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürmüş məşhur erməni mikrocərrahı Artavazd Saakyan doğulduğu Tavuş rayonunun Koxb kəndində seçicilərlə görüşü zamanı ölkədəki situasiyanın acınacaqlı olduğunu deyib.

Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, namizəd dünyanın istənilən nöqtəsində olduğunu və hər yerdə erməni və yəhudi iş adamlarının üstünlük təşkil etdiyini gördüyünü söyləyib.

“Ürək ağrısı ilə sizə bir şeyi demək istərdim. Bu yaxınlarda olduqca istedadlı bir yəhudi mənə 20 il sonra Ermənistanın mövcud olmayacağını söyləydi. Sual verdim, niyə? O,mənə cavab verdi ki, yəhudilər yalnız öz dövlətlərinin rifahı barədə düşünür, onlardan heç də az istedadlı olmayan ermənilər isə daha çox ciblərini fikirləşir və boşboğazlıq etməyi sevirlər. Bu arada Ermənistan getdikcə ermənilərdən də məhrum qalacaq. Biz əslində bunun üzərində düşünməliyik”, - Saakyan bildirib.

Artavazd Saakyan Ermənistanda bir çox problemin müharibə ilə əlaqələndirildiyini, lakin bunun doğru olmadığını söyləyib.

”Ona qalsa İsrail də müharibə edir. Ermənistandan da az əraziyə malikdir. Lakin orada 8,5 milyon əhali yaşayır. Büdcəsi isə 85 milyard dollardan çoxdur. Çünki dövlət kimi dövlətdir. Heç bir İsrail məmuru erməni kimi öz xalqını cəzasız şəkildə soymur”, -həkim-namizəd sözlərini yekunlaşdırıb.

Tarix
2017.03.27 / 16:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla