Yuxarı

Paşinyan Sərkisyanı ələ saldı: "İsgəndər", sınıq-salxaq...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Prezidenti Serj Sərkisyanın ötən bazar günü Dağlıq Qarabağda çıxışı zamanı Azərbaycanı “İsgəndər” raketləri ilə hədələməsinə elə onun öz ölkəsində istehza ediblər.

Virtualaz.org xəbər verir ki, müxalif deputat, “Çıxış” blokunun liderlərindən biri Nikol Paşinyan Sərkisyanın özünü Emənistanın təhlükəsizliyinə əsas təhdid adlandırıb, onun “İsgəndər” raketi ilə hədələməsini 80-ci illərin “Rekord” televizoronu “Panasonik”in pultu ilə işə salmaq cəhdi ilə müqayisə edib.

Sərkisyan çıxışında ad çəkmədən Paşinyana da eyham vurmuşdu və aprelin 2-nə təyin olunmuş seçkilərdə “evlərin həyətlərində, avtoqarajların damında hoppanıb bacardıqda yüksəkdən qışqıranları yox, xalqın mövcudluğunu qoruyanları” seçmək lazım olduğunu demişdi.

Paşinyan isə Sərkisyandan sonra Vanadzorda seçicilərlə görüşündə deyib ki, xalqı bu uçurumdan çıxarmaq üçün onlar evlərin damında tullanmağa da hazırdırlar. “O bizə deyir ki, bizim dama qalxmağımız xoşuna gəlmir. Lakin bağışlayın məni, bu gün Respublika Partiyası elə adamların namizədliyini irəli sürüb ki, 10 il deputat olduqları vaxtda dama yox, heç tribunaya da qalxmayıblar. O zaman bu adamları təzədən niyə deputatlığa namizəd irəli sürmüşünüz?” - Paşinyan deyib.

Sərkisyanın hakim partiyanı Ermənistanın təhlükəsizliyinin təminati adlandırması və ali baş komandan kimi “lazım gəlsə, gözünü belə qırpmadan” Azərbaycana qarşı “İsgəndər” raketlərini tətbiq edəcəyi haqda dediklərinə cavab olaraq Paşinyan deyib ki, hazırda Sərkisyanın özü Ermənistan üçün ən başlıca təhdiddir.

“İsgəndər” raketləri nə qədər müasir texnika olsa da, o, ötən əsrin 80-ci illərinin “işə düşməyən” tankları ilə birlikdə vahid təhlükəsizlik sistemi ola bilməz. Bu ona bənzəyir ki, kimsə 80-ci illərin sovet televizoru “Rekord”u “Panasonik”in məsafədən idarəetmə pultu ilə işə salmağa çalışır. Serj Sərkisyan Ermənistanın milli təhlükəsizliyini iflasa uğradıb və xalq onun təhlükəsizlik sahəsində xidmətlərindən imtina etməlidir”, - müxalif deputat bildirib.

Tarix
2017.03.28 / 12:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla