Yuxarı

Çinlinin qətli Parisi bir-birinə vurdu: 45 həbs...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə polisin çinlini qətlə yetirməsi fonunda baş verən etiraz aksiyalarında həbs olunan insanların sayı 45 nəfərə çatıb.

Axar.az xəbər verir ki, polis özbaşınalığına qarşı keçirilən aksiyaların ikinci dalğası martın 29-na keçən gecə Parisin XIX dairəsində baş qaldırıb. Nümayişdə Asiya icmasının və irqçilik əleyhinə qruplaşmaların 400 üzvü iştirak edib.

Rəsmi məlumata əsasən, Parisdə məişət zorakılığı barədə çağırışa gələn polislər uşaq qışqırtısı eşidərək qapını qırmağa məcbur olublar. Bu zaman polislərə əlində bıçaq tutmuş Asiya mənşəli 50 yaşlı kişi hücum edib və onlardan birini yaralayıb. Digər polis isə özünü müdafiə etmək məqsədi ilə hücum edən şəxsə atəş açaraq onu öldürüb.

Həlak olan çinlinin ailəsi isə hadisəni başqa cür təsvir edib. Belə ki, qız uşağı qapının döyüldüyünü eşidib və onu açmağa gedib. Onun ardınca balığı təmizləmək üçün əlində qayçı tutan qızın atası da qapıya yaxınlaşıb. Mənzildəkilər polislərdən sakit davranmağı xahiş etsə də, onlar qapını qıraraq ailə başçısına atəş açıblar.

Tarix
2017.03.29 / 21:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla