Yuxarı

Cavadağa Sultanovun dəhşət dolu dosyesi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəriklərinə 7 milyon "atan" Cavadağa Sultanovun Bakıdakı cinayət işi araşdırılmamış qalıb

Hacı Məmmədov: "Cavadağanın soyduğu adamlar ya qəbiristanlıqdadır, ya da kirayə qalır"

Bakı Baş Polis İdarəsinin keçmiş rəis müavini Cavadağa Sultanov Birləşmiş Ərəb Əmirlikləri polisi tərəfindən həbs edib. C.Sultanov Dubayda biznes sövdələşmələri zamanı 7 milyon dollar öhdəliyini yerinə yetirməyib. Hazırda polis Cavadağa Sultanovla əlaqəli olan digər şəxsləri axtarır. Azərbaycanın Dubaydakı konsulluğu "amerikaninsesi.org"a C.Sultanovun həbsini təkzib etməyib. Konsulluğun əməkdaşı həbsin detalları ilə bağlı məlumat verməsə də bununla bağlı bütün məlumatların Xarici İşlər Nazirliyinə göndərildiyini bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti Cavadağa Sultanovun Ərəb Əmirliklərində saxlandığını təsdiq edib.
"Cavadağa Sultanov noyabrın 6-da Şarja polisi tərəfindən saxlanıb. Hazırda istintaq aparılır. Azərbaycan vətəndaşının saxlanması ilə bağlı tərəfimizdən araşdırma aparılır və Dubaydakı konsulluğumuz məsələni nəzarətdə saxlayır", - Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Cavadağa Sultanov Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini, ondan əvvəl isə Binəqədinin polis rəisi işləyib.
Adı dəfələrlə beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında işgəncələrə rəhbərlik edən şəxs kimi çəkilib.
Bu şəxsin adı yaddaşlarda daha çox DİN-in baş əməliyyat müvəkkili, polkovnik Hacı Məmmədovun işi ilə bağlı keçən proseslərlə bağlı qalıb.
C.Sultanovun adı H.Məmmədov və bandasının fəaliyyətindən xəbərdar olan, həmçinin bu banda ilə əlbir olan yüksək rütbəli polis zabitlərinin sırasında çəkilirdi.
H.Məmmədovun məhkəməsində C.Sultanovun adı şahid qismində keçib və o, məhkəmədə ifadə verib. Həmçinin H.Məmmədovun işi ilə bağlı C.Sultanov barəsində ayrıca cinayət işi başlanıb. Lakin bu işin taleyi bu günə qədər qaranlıq olaraq qalır.
H.Məmmədovun məhkəməsində C.Sultanov qeyri-səmimi ifadə verməsi ilə təqsirləndirilənlərin qəzəbinə tuş gəlib. O, məhkəmə ifadəsində bildirib ki, H.Məmmədovun qətlə yetirdiyi kriminalist Rövşən Əliyev bir neçə səs-küylü adam oğurluqlarından sonra onunla görüşündə bu işlərin arxasında dayanan polisləri tutacağını deyib: "Soruşdum ki, onlar kimdir, dedi ki, generallar".
Şahid bildirib ki, Rövşən Əliyevin qətlə yetirilməsindən sonra ona inanıb. Hacı Məmmədov isə şahidi yalan danışmaqda ittiham edib. Niyə bu haqda hüquq-mühafizə orqanlarına məlumat vermədiyini soruşub. Cavadağa Sultanov isə bildirib ki, o, ailəsinə görə qorxurmuş: "Əgər məlumat versəydim, indi burda mənim ölüm işimlə bağlı epizoda baxılacaqdı".
Bakı Şəhər Baş Polis İdarəsinin cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili Nizami Qasımovun məhkəmədəki ifadəsindən:
"Cavadağa Sultanov Cahangir Hacıyevə dedi ki, arvadınızı oğurlayanları uzaqda axtarmaqdansa, Zakir Nəsirovdan soruşun".
Şahid qeyd edib ki, Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin uzaq qohumudur. 2005-ci ilin fevral ayında Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva oğurlanandan sonra BŞBPİ cinayət-axtarış şöbəsinin əməliyyatçıları axtarış əməliyyatına cəlb olunublar. Həmin müddətdə BŞBPİ-nin rəis müavini işləmiş Cavadağa Sultanovun Zamirə Hacıyevanın DİN Baş Cinayət-Axtarış İdarəsinin rəisi Zakir Nəsirovun sifarişi ilə oğurlanmasından xəbəri olub.
"Mən Cahangir Hacıyevin iş yerinə gedəndə gördüm ki, Cavadağa Sultanov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyev və idarənin Aydın Mirzəyev adlı əməkdaşı oradadır. Cavadağa Sultanov Cahangir Hacıyevə bildirdi ki, adam oğrularını uzaqda axtarmaq lazım deyil, Zakir Nəsirovu bura çağırın və adam oğrularının qadını gizlətdikləri yeri deməsini ondan tələb edin" - deyə şahid qeyd edib.
H.Məmmədov C.Sultanovun çoxsaylı cinayətlərinin olduğunu söyləyib:
"Bu məhkəmə prosesində baxılan işlər mənim törətdiyim cinayətlərin 30 faizi, burada oturan adamlar isə istifadə etdiklərimin yarıdan çoxu ola bilər. Dövlət ittihamçıları mənə üst-üstə 293 il iş istədi, ancaq qarşıda olan digər məhkəmələrdə də bu qədər cəza olacaq. Çünki paralel gedən istintaqda digər cinayətlərim və Cavadağa Sultanov haqda məlumat vermişəm. Əgər nə vaxtsa Cavadağanın məhkəməsi olsa, o bundan da səs-küylü olacaq. Mən imkanlı adamların pulunu almışam, ancaq Cavadağanın soyduğu adamlar ya qəbiristanlıqdadır, ya da kirayə qalır. Cavadağa Sultanov şahid kimi ifadə verərkən bütün işlər barədə Məhərrəm Əliyevə məlumat verdiyini dedi. Məhərrəm Əliyev general olduğu üçün bura çağırılmadı, ancaq gizlində də olsa ondan Cavadağanın düz danışıb-danışmamağını soruşmaq olardı. Burada oturanların bəziləri qrupumun üzvüdür, vəzifə baxımından məndən böyüklər isə qrup üzvüm ola bilməz".
Hazırda ömürlük həbs cəzası çəkən DİN-in Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirov C.Sultanovun qeyri-səmimi olmasınının səbəbini məhkəməyə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları və rəisi Məhərrəm Əliyevlə münasibətlərinin tarixçəsinə toxunaraq aydınlıq gətirmişdi: "1995-ci ildə Heydər Əliyevin təyyarəsini vurmaq istəyən dəstə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən alındı. Sonradan məlum oldu ki, bu dəstənin üzvləri bir neçə gün əvvəl Bakı Şəhər Baş Polis İdarəsində saxlanılıb, külli miqdarda pul aldıqdan sonra onları azadlığa buraxıblar. Məhərrəm Əliyev bu dəqiqə də raket məsələsini mənə bağışlamır. Cavadağa Sultanovun mənim barəmdə danışdıqları aramızda olan şəxsi münasibətlə bağlıdır".
Qeyd edək ki, C.Sultanov Daxili İşlər nazirinin 23 mart 2005-ci il tarixli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib. O, sabiq İqtisadi İnkişaf naziri Heydər Babayevin qardaşı Yaşar Babayevin qudasıdır ("Musavat.com")
Tarix
2013.11.13 / 16:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla