Yuxarı

Səudiyyə kəşfiyyatının eks-şefi: “Obama bizi aldatdı”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş prezidenti Barak Obama İran məsələsində ikiüzlü siyasət yürüdürdü.

Axar.az xəbər verir ki, bunu “Rotana” agentliyinə müsahibəsində Səudiyyə Ərəbistanı kəşfiyyatının keçmiş rəhbəri Türki Faysal söyləyib.

“Obama İran ilə əlaqəli fikirlərini Ərəbistan kralı Salman Bin Əbdüləzizlə paylaşdı, ancaq bu məsələdə həm də bəzi şeyləri gizli saxladı. Bu davranış tərzi bizi aldatmaq deməkdir. Obama keçmiş kral Abdullah ilə 3 dəfə görüşüb. Bu görüşlərdən sonra iki tərəf arasında bölgədəki problemli məsələlərlə bağlı razılıq əldə olunduğu bildirilmişdi. Kral Salman 2015-ci ilin sentyabrında Obama ilə görüşdən sonra Vaşinqtondan İranla mübarizə haqqında razılıq aldığını demişdi. Obamanı bu sözü verib, bunun ardınca Ər-Riyadı İndoneziya kimi ölkələrdəki fanatikliyin səbəbkarı adlandırması bizi aldatmaq deməkdir. Obama ikiüzlü siyasət yürütdü. Tunis və Misirdə üsyanlar başlayanda bu dövlətlərin liderlərinin istefasını istədi. Belə şeylər İranda olan zaman isə dərhal iranlılarla münasibətlərini düzəltməyə başladı. Obama həmçinin İranın İraqdakı təsirini artırmasına göz yumdu”, – deyə o bildirib.

Tarix
2017.04.03 / 14:26
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla