Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 İyul 2017


Erməni əsgərlər Qarabağdan qaçır: İrəvanın pul vədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğalçı Ermənistan öz ordusunu komplektləşdirə bilməməsi səbəbindən ölkədən qaçan, həmçinin yad torpağında ölmək istəməyən gəncləri, onların valideynlərini həvəsləndirmək üçün yeni vasitəyə əl atıb.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, bununla bağlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsun Ovannisyan şəxsi Feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, döyüş hissələrində xidmət keçmək istəyən, döyüş vəzifələrini yerinə yetirmək həvəsində olan hərbi çağırışçılar yeni sistemdə xidmət edəcəklər ki, bu da “təcili-müqavilə” adlandırılır. Ovannisyan müharibə zonasına öz istəyi ilə gedənlərə tətbiq ediləcək güzəştlərdən bəhs edərkən qeyd edib ki, xidmətin altıncı ayından etibarən hərbi qulluqçu aylıq 1+1+2 sistemində xidmətdə olacaq. Yəni bir həftə tətildə, bir digər həftə döyüş növbəsinə hazırlıqda, daha iki həftə isə ön xətdə. Beləliklə, hərbi qulluqçu 7 aylıq xidməti dövründə 31 gün evdə, 24 gün isə hərbi hissədə, yaxud ön xətdəki mövqedə olacaq. Ermənistan hakimiyyəti gəncləri daha da şirnikləndirmək üçün hərbçilərə “muzd” da təklif edib. Belə ki, hərbi xidmətdən azad edilən hərbi qulluqçu xidməti müqabilində 5 milyon dram (10 min ABŞ dollarına yaxın) vəsait əldə edə biləcək. Ancaq bu vəsaitin nağd ödənilməyəcəyi, onların şəxsi hesablarına köçürüləcəyi iddia olunub.

Bildirilir ki, bu qədər vəsaitlə erməni hərbçi ipoteka ilə münasib ev ala, mini-ferma yarada (kəndlərdəki çağırışçılar üçün) bilər. Nazirlik rəsmisi deyib ki, bu, hazırkı hərbi çağırışla bağlı mövcud olan varianta alternativ proqramdır və yaxın vaxtlarda ictimai müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Aprel döyüşündən sonra Ermənistan ordusunda kəskin əsgər çatışmazlığının olduğu ortaya çıxmışdı və bundan sonra hətta qadınların orduya cəlbi istiqamətində geniş kampaniya başlamışdı. Azərbaycan torpaqlarında ölmək istəməyən erməniləri ələ almaq üçün hakimiyyət indi də “muzdlu döyüşçü” variantını ölkə vətəndaşlarına şamil etmək istəyir.

Ancaq "hesaba köçürülən" 10 min dollara görə ölmək istəyənlərin tapılacağı mübahisəlidir. Çünki bütün dünya, o cümlədən Ermənistan özü Dağlıq Qarabağ ətrafındakı ərazilərin işğal edildiyini qəbul edir, "ön cəbhə" deyilən postlar da işğal edilən ərazilərdədir və burda Azərbaycan Ordusu istənilən vaxt anti-terror əməliyyatı keçirə bilər.

Prezident, Ali Baş Komandan İlham Əliyev də "erməni əsgəri ölmək istəmirsə, Azərbaycanın işğal edilmiş torpaqlarına gəlməsin" deyə, mesaj vermişdi.

Tarix
2017.04.20 / 14:28
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Çavuşoğlu: "AB ilə problemlərimiz var, ancaq..."

"Türkiyənin müstəqil qərar verməsi ABŞ-ı narahat edir"

ABŞ hərbi gəmisi İran gəmisinə atəş açdı

Türkiyədə ticarət mərkəzi yanır

Rusiya bu ölkəyə yardım edir - Putin

Çinin Koreya sərhədində ordu toplamağının səbəbləri...

Ərdoğanın açıqlamasını şərh etməyəcəyik - Kreml

25 qadınla evlənən keşiş həbs olundu

Maliki Putinə təşəkkür etdi

Nazir ikili vətəndaşlığa görə istefa verdi

KULT
<>
Xəbər xətti
 
SORĞU
Harada dincəlmək istəyərdiniz?
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla