Yuxarı

Əfqanıstanda hərbi bazaya hücum: 50 ölü, 15 yaralı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

20:09

Əfqanıstan ordusu geyimində olan yaraqlılar ölkənin şimalındakı hərbi bazaya hücum ediblər. Nəticədə 8 hərbçi öldürülüb, 15 nəfər isə yaralanıb.

Axar.az xəbər verir ki, Pajvak agentliyinin yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, insident Bəlx əyalətində baş verib. Əvvəlcə terrorçu kamikadze hərbi bazanın yaxınlığında minalanmış avtomobili partladıb. Sonra yaraqlılar iki “pikap” tipli avtomobillə bazanın ərazisinə daxil olaraq əsgərlərə atəş açıb. Hücum edənlərin birinin ələ keçirildiyi bildirilir. Hücumun məsuliyyətini Taliban hərəkatı üzərinə götürüb.

Xatırladaq ki, 2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu Taliban hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Belə ki, ölkənin şimalındakı Qunduz şəhərini və hökumət qüvvələrinin forpostu sayılan Sanqin şəhərini ələ keçirən taliblər hazırda Kabildən cənub-qərbdə yerləşən Qəzni əyalətinin eyni adlı administirativ mərkəzi uğrunda döyüşlər aparır. Həmçinin regionda İŞİD qruplaşmasının da təsir dairəsi artmaqdadır.

21:48

Hücum zamanı 50-dən çox insan həlak olub.

Bu barədə ABŞ hərbi komandanlığının (CENTCOM) nümayəndəsi Con Tomas məlumat verib.

“İlkin məlumata görə, hücumun hədəfi əfqan hərbçilərinin və ola bilsin ki, bazada işləyən mülki şəxslərin toplaşdığı məscid və yeməkxana olub”, - deyə Tomas brifinqdə bildirib. Onun sözlərinə görə, hücum edənlərin bir neçəsi cavab atəşi ilə öldürülüb.

Hücum zamanı ABŞ koalisiyasının hərbi qulluqçularının zərər çəkmədiyi bildirilir.

Tarix
2017.04.21 / 21:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla