Yuxarı

Fransada seçkinin nəticəsi: Makron ermənipərəstə qarşı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:54

Bu gün Fransada keçirilən prezident seçkiləri ilə bağlı eksit-pollun nəticələri məlum olub.

Axar.az xəbər verir ki, Yürüş Hərakatının lideri Emmanuel Makron və radikal Milli Cəbhənin lideri Marin Le Pen prezident seçkilərinin əsas rəqibləri hesab edilib.

***

Fransada birinci tur prezident seçkilərinin ilkin nəticələri açıqlanmağa başlanıb.

Yürüş Hərakatının lideri Emmanuel Makron 24 faiz səslə rəqiblərini geridə qoyur.

Radikal Milli Cəbhə Partiyasının lideri Marin Le Pen, respublikaçı Fransua Fiyon və “Fəth olunmamış Fransa” hərəkatının rəhbəri Jan-Lyuk Melanşon ardıcıl olaraq Makrondan sonrakı yerləri bölüşür.

Qed edək ki, bu gün Fransada keçirilən prezident seçkilərinin birinci turunda 11 namizəd iştirak edir. Namizədlərdən heç birinin 50 faizdən çox səs alacağı proqnozlaşdırılmadığından, seçkilərin ən azı iki turdan ibarət olacağı gözlənilir.

İlk turda ən çox səs toplayan iki namizəd mayın 7-də prezident seçkilərinin ikinci turunda yarışacaqlar.

***

Yerli vaxtla saat 20:00-a (Bakı vaxtilə 22:00) olan məlumata görə, seçici fəallığı 81 faiz olub.

***

Son məlumata görə, ultrosağçı Le Pen hazırda 24,15 faiz səslə liderliyə yüksəlib. Makron 21,43, Fiyon 20,34 faizlə ikinci-üçüncü yerdədirlər.

Hələlik 3,76 milyon seçicinin səsi sayılıb.

***

Eksit-pollun son nəticəsi açıqlanıb: Emmanuel Makron 23,7 faiz səslə liderlik edir, 21,7 faizlə Le Pen ikincidir, Melanşon və Fiyon isə 19,5 faizlə 3 və 4-cü yerləri bölüşdürür.

Bu nəticənin ardınca Makronun seçki qərargahında qələbə şənliyi başlanır. Makronun ikinci tura keçəcəyi şübhə doğurmur.

Eksit-pollun nəticələrinin təsdiqlənəcəyi ehtimalı yüksəkdir. Mayın 7-də Makron və Le Penin mübarizə aparacağı gözlənilir.

***

Bu nəticənin ardınca Fransa baş naziri və DİN rəhbəri Makronu ikinci turda dəstəkləmək üçün öz tərəfdarlarına müraciət ediblər.

***

Fransanın keçmiş baş naziri Manuel Vals da xalqı ikinci turda Makrona səs verməyə çağırdı.

***

Ekzit-pollun son, seçkilərin ilkin nəticələri əsasında Fiyon seçkidə artıq məğlub olduğunu qəbul etdiyini bildirib.

***

"La Figaro" hazırda Makronla Le Penin səslərinin bərabərləşdiyini - 23 faiz olduğunu yayıb. Melanşon 19 fazilə 3-cüdür.

Səslərin neçə faizinin sayıldığı açıqlanmayıb.

***

Sosialist Benya Amon seçkidə uduzduğunu qəbul edib və tərəfdarlarını Le Penə qarşı səs verməyə çağırıb.

***

Fransa Prezidenti Fransua Olland Makronu birinci turun lideri olması münasibəti ilə təbrik edib.

***

Daxili İşlər Nazirliyinin yaydığı ən son məlumata görə, səslərin 30 faizi artıq sayılıb. Hazırda ultrosağçı Le Pen 24,78 faiz səslə liderdir. İkinci yeri 21,75 faizlə Makron, Fiyon isə 19,65 faizlə 3-cü yeri tutur.

***

Melanşon məğlubiyyətini qəbul etməyib və eksit-pollun nəticəsinə görə qərar verilməsinə qarşı çıxıb. "Seçkinin səhih nəticəsini gözləmək lazımdır", - Melanşon bildirib.

***

Hazırda səslərin 44,89 faizi sayılıb. DİN-in açıqladığı rəsmi məlumata görə, Le Pen 24,3 faizlə yenə də liderdir. Makron 22,28 faizlə ikinci, Fransua Fiyon isə 19,60 faizlə üçüncü yerdədir.

***

Seçicilərin səsinin 50.3 faizi sayılıb. Marina Le Pen 24.10 faizlə yenə də liderdir. Emmanuel Makron 22.44-lə ikinci, Fransua Fiyon 19.57 faizlə üçüncü yerdə qərarlaşıb.

Jan-Lyuk Melanşon isə 18.28 faizlə dördüncü yerdədir.

İstənilən halda, ikinci tura Le Pen və Makronun çıxacağı gözlənilir.

***

Açılan 26.1 milyon bülletenə görə (təxminən 70 faiz) Makron 23.11 faizlə Marin Le Peni qabaqlayıb.

Le Penin səs faizi 23.08-dir.

Fransua Fiyon isə 19.81-lə 3-cü yerdədir.

***

Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker Makronu ilk turdakı uğuru münasibəti ilə təbrik edib.

***

Yerli vaxtla saat 23:00-a olan məlumata görə, seçicilərin 78 faizinin səsi hesablanıb. Makron 23,40 faizlə liderliyə yüksəlib, Le Penin səs faizi isə 22,64 faizə düşüb. Fiyon 19,786 faizlə üçüncüdür.

Makron artıq sabahdan 7 mayda keçirilcək ikinci tura hazırlıqla başlı seçki qərargahına göstəriş verib.

***

Səslərin 90 faizi sayılıb. DİN-in yerli vaxtla 00:00-a (Bakı vaxtilə 02:00) olan məlumatına görə, "İrəli" hərəkatının lideri Makron liderliyini qoruyur. O, hazırda seçicilərin 23,72 faiz səsini alıb.

İkinci yerdə gələn Milli Cəbhənin lideri, ultrasağçı Le Penin səsi isə 21,9 faizə düşüb.

***

Fransa DİN seçkilərin nəticəsini açıqlayıb. Emmanuel Makron 23,75 faiz səslə seçkinin favoriti olub. Ultrasağçı radikal lider Le Pen 21,53 faizlə ikinci, Fransua Fiyon 19,91 faizlə 3-cü, Jan Lük Melanşon isə 19,64 faizlə 4-cü olub.

Beləliklə, 7 mayda keçiriləcək prezident seçkilərinin ikinci turunda Makron və Le Pen mübarizə aparacaq.

Tarix
2017.04.24 / 09:11
Müəllif
Kamran Ədalət
Oxunub
8 985
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla