Yuxarı

Rus hərb gəmisi batdı: Kreml İstanbula donanma göndərdi – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:37

Qara dənizdə Rusiyanın hərbi gəmisi yük gəmisi ilə toqquşub.

Axar.az xəbər verir ki, hadisə Qara dənizdə, Türkiyənin daxili sularında baş verib. Toqquşmadan sonra Türkiyə tərəfi gəmidən 45 rus hərbçisini xilas edib.

***

Rusiya Müdafiə Nazirliyi Qara dəniz donanmasına aid “Liman” adlı araşdırma gəmisinin İstanbul boğazından 40 kilometr şimal-qərbində hələlik hansı ölkəyə mənsub olduğu bilinməyən Aşot-7 adlı gəmiylə toqquşduğunu açıqlayıb. “Liman” gəmisinin əsgərlərinin ziyan çəkmədiyi bildirilir.

Toqquşma zamanı yük gəmisinin batdığı, hərbi gəminin isə aldığı zərbədən yan yatdığı bildirilib.

***

Rusiya Müdafiə Nazirliyi 15 əsgərinin itkin düşdüyü barədə yayılan məlumatı təkzib etdi və hərbi gəmidə olan 78 nəfər şəxsi heyətin hamısının təxliyə olunduğunu açıqladı.

Qəzanın baş verdiyi ərazidə qatı duman var.

***

Batan yük gəmisi Toqo bayrağı altında üzürmüş.

***

Rusiya hərbi gəmisinin artıq batmaq üzrə olduğu bildirilir. Olay yerində olan Türkiyə katerləri gəmini xilas etməyə çalışır...

***

Rusiya Qara dəniz donanması gəmiləri olay yerinə istiqamət alıb. Eyni zamanda, An-26 təyyarəsi də bölgəyə göndərilib.

***

Qəzadan dərhal sonra Türkiyə Baş naziri Binəli Yıldırım rusiyalı həmkarı Dmitri Medvedyevə zəng edib.

Yıldırım qəza ilə bağlı Medvedyevə məlumat verib.

***

Toqquşan hər iki gəminin artıq batdığı təsdiqləndi.

***

"Liman" hərbi gəmisi Polşada hazırlanıb və 1970-ci ildə SSRİ donanmasının istifadəsinə verilib. Əsasən silahsız olan hərbi gəmi radar və hidroakustik detektorla təchiz edilib. "Liman" gəmi və sualtı qayıqları izləmək üçün istifadə edilən hərbi kəşfiyyat gəmisidir.

Tarix
2017.04.27 / 16:30
Müəllif
İlkin Həsənov
Oxunub
12 078
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla